"Qəbələ" II mərhələnin hazırlığına başladı

10.07.2016 | 3062 dəfə oxunub

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin hazırlığına start verib.
 
Stadium.Az xəbər verir ki, I təsnifat mərhələsinin “Samtredia” ilə Gürcüstanda keçirilən cavab oyununun (1:2) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 9-da bərpa edib. 

Macarıstanın MTK klubu ilə görüşün hazırlığının ilk günündə komanda bir məşqlə kifayətlənib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi Bakıda keçirilib. Paytaxtdakı məşq zamanı futbolçular fərqli qruplara bölünüblər. “Samtredia” ilə görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib.
 
Macarıstan klubu ilə qarşılaşmanın hazırlığını davam etdirəcək “Qəbələ” bu gün iki məşq keçirəcək. Əvvəl fiziki hazırlığa üstünlük verəcək komanda ikinci məşqində topla çalışacaq.

İlk oyunlar çərçivəsində baş tutacaq MTK – “Qəbələ” qarşılaşması iyulun 14-də Dyer şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail