Qurban Qurbanov: "Bir az həyəcan olacaq" - MÜSAHİBƏ

11.07.2016 | 3081 dəfə oxunub

Sabah Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Respublika stadionunda “Qarabağ” Lüksemburqun “Düdelanj” klubunu qəbul edəcək. Stadium.Az xəbər verir ki, oyundan əvvəl - az öndə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlrin suallarını cavablandırıb:     

- Pis hazırlaşmamışıq. Rəqib haqqında xeyli məlumatlıyıq. Digər komandalarımızın da mərhələ adlaması sevindircidi. Bizim üçün stimuldu. Ciddi yanaşırıq. Canlı oyunlarını da izləmişəm. Hamıya kiçik ölkə kimi gəlsə də, şahidsiniz ki, futbolda zəif rəqib anlayışı qalmayıb. Mərkəzi Avropa dövləti olan bir ölkənin təmsilçisidi, heyətinə Fransa, Almaniya kimi ölkələrdən oyunçular cəlb olunub. İlk mərhələdə ən çətin rəqiblərdən biridi. Maksimum nəticə əldə etməyə çalışacağıq. Sürətli oynayıb, qalib gəlməyə çalışacağıq. Hamını sevindirmək istəyirik. Fasilədən yaxşı yararlanmağa çalışdıq. Sabah dəqiq biləcəyik ki, hansı futbolçunun hazırlığı nə yerdədi.

- Reynaldo sabah meydana çıxacaq?
- Start heyətində oynamayacaq. Sonradan oyuna qoşulmaq şansı azdı. Bu gün həkimlər yoxlayacaq. Riskli durum olsa, ümumiyyətlə, 18-likdən kənar qalacaq.

- Tofiq Bəhramov adına Respubilka stadionun ot örtüyü qane edir?
- Yaxşıdı, bizi qane edir. “Zirə” ilə yoxlama matçını orda keçirmişik.

- Rəqib hansı mövqedə güclüdü?
- Yeni alman məşqçiləri var, sistem qurub. Alman xarakterli oyunçular yığıb. İntizamlı məşqçidi, Klaus Topmöllerin oğludu. Almaniyadan bir neçə yaxşı oyunçu transfer etdilər. Halbuki, bizdə bu cür futbolçular alan komanda azdı. Hücumda fiziki hazırlığı güclü olanlar oynayır. Bizim üçün maraqlı matç olacaq.

- Komandanızı oyuna tam kökləyə bilmisiz?
- Bir az həyəcan olacaq. Amma çalışırıq ki, aradan qaldıraq. Hazırkı psixoloji durumdan razı deyiləm, bunu da normal qəbul edirəm. 

- “Qarabağ” ÇL-də uğur qazansa, bu klubda missiyanızın başa çatdığını demək olar?
- Təki düşək. Hər kəsə belə klubda işləmək nəsib olmur. Çalışıb, daha da uğurlu nətiəclər əldə edəcəm. Hələ ki, burdayam, amma hər şey ola bilər.

- Reynaldo son dövrlər tez-tez zədələnir. Onun yerinə kimisə transfer etmək istəyirsiniz?
- Onun yerinə yox, amma almaq istəyirik. Hücumçu tapmaq çətindi.

- Leroy Corcun qayıtması ilə bağlı yayılan xəbərlər düzdü?
- Bu gün planımda belə şey yoxdu. Fikrimi oyuna cəlb etmişəm.

- Reynaldonun yerinə kimi düşünürsünüz? Mahir Mədətov yoxsa, Muarrem Muarrem. 
- Hər ikisinin meydanda olma ehtimalı çoxdu. 

- Start heyətini açıqlaya bilərsiniz?
- Sabaha hər hansı dəyişilik ola bilər. Məncə, oyundan əvvəl daha yaxşı olardı.

- Sabaha nə qədər azarkeş gözləyirsiniz?
- Arzu edirəm ki, həmişə stadionumuz dolu olsun. Fanatlarımızın sayı çoxdu, ola bilər, stadionda az görünsün. Hamını dəvət edirəm. AÇ hamıya göstərdi ki, fanatlar komandalara necə dəstək, dayaq olurlar. Sabah fərqli azarkeşlik gözləyirəm. 

- 3 komandamızın mərhələ adlaması sizdə stimul yaradırmı?
- Nəticə əldə etmək üçün çalışacağıq. Fikrimiz ciddii. Nə qədər xarici komandaların ölkəmizə gəlişi çox olarsa, o qədər yaxşıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail