Böhrana görə Yay Olimpiya Oyunları təxirə düşəcək?

13.07.2016 | 3194 dəfə oxunub

Braziliya Olimpiya Komitəsi Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de-Janeyro yarışa tam hazır olmadığını açıqlayıb.

Stadium.Az xəbər verir ki, yarışın startına bir aydan az qalsa da, bir sıra işlər yekunlaşmayıb. İqtisadi böhran şəhərin istənilən şəkildə təşkilatçılıq etməsinə mane olub.

Rionun büdcəsində şəhərdəki Zika virusu və cinayətkarlıqla effektli mübarizə üçün yetərincə vəsait də yoxdur. Metronun mərkəzi xəttinin də Olimpiadaya qədər hazır olacağı gözlənilmir. "Rio-2016" 5-21 avqustda keçiriləcək. Hələlik Olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib.

Son günlərdə Amerika qitəsində zika vürusunun yayılması geniş miqyas alıb. Təkcə Amerika Birləşmiş Ştatlarında 300-ə yaxın hamilə qadında Zika virusu aşkarlanıb. Son statistika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin araşdırmaları əsasında hazırlanıb. Bu vaxta qədər qurum analizin nəticələri müsbət gəlmiş hamilə qadınların sayını gizli saxlayırdı.

Ştatlarda 157, kənar ərazilərdə, o cümlədən Puerto Riko, Quam və s. ərazilərdə ümumən 122 qadında  zika virusu aşkarlanıb. Braziliya əhalisi arasında da virusa yoluxanların çoxluq təşkil etməsi qeydə alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail