Şahin Diniyev: "Bunun sayəsində nəyəsə nail olmaq olar"

14.07.2016 | 3449 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının II təsnifat mərhələsində bu gün üz-üzə gələcəkləri "Admira" ilə oyundan qabaq mətbuat konfransında matç barədə danışıb. Stadium.Az xəbər evrir ki, Şahin Diniyev səfər matçı barədə belə danışıb:

"Ötən hər gün “Kəpəz”in xeyrinədir. Çünki komandaya yeni qoşulan futbolçuların oyun sisteminə uyğunlaşması və xətlərarası anlaşmanın yüksək səviyyədə olması üçün vaxta ehtiyac var. 

"Daçiya" ilə oyunlardan sonra komandada irəliləyiş var, amma deməzdim ki, hər şey ideal vəziyyətdədir. Çatışmayan cəhətlərimiz çoxdur, sabah meydanda bunları minimuma endirməyə çalışacağıq. Qarşımızda ciddi rəqib dayanıb, oyunlarını izləmişəm. Sürətli və atletik futbola üstünlük verirlər. Yaxşı futbolçuları var. Hücumda və müdafiədə tez bir zamanda çoxalmağı bacarırlar. Onların mənfi cəhətlərini tapmaq olduqca çətindir. 

Komandamızın ümumi durumu yaxşıdır. Zədəlilərin olmaması məni sevindirir. Necə oynacağımızı açıqlamaq istəmirəm. Biz kompakt şəkildə mübarizə aparmağa çalışacağıq. Rəqibə boş zona verməməliyik. Bunun sayəsində nəyəsə nail olmaq olar. Əsas heyəti müəyyənləşdirmişəm. Qalib heyəti dəyişməyə ehtiyac görmürəm. “Kəpəz” Azərbaycanı layiqincə təmsil etmək üçün meydana çıxacaq. Uğurlu nəticə olarsa, daha yaxşı olar. Yenə deyirəm, rəqib hər cəhətdən bizdən çox üstündür. Amma futbolda ustalıq və üstünlük həmişə rol oynamır, motivasiya və aqressiya da əsas amillərdəndir. “Kəpəz” Avropa Liqasında bu mövsüm üçün yaxşı nəticə göstərib, bunu unutmamaq lazımdır".

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail