Almeyda "Qarabağ"ın tarixinə düşdü

15.07.2016 | 3772 dəfə oxunub

Braziliyalı futbolçu Riçard Almeyda 4 ildir şərəfini qoruduğu "Qarabağ" klubunun tarixinə düşüb.

Stadium.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin 1996-cı ildən təmsil olunduğu avrokuboklarda dubl edən ilk legioneri olub.  

Arxada qalan 20 ildə heç bir əcnəbi futbolçuya qitəmiqyaslı turnirdə 1 oyunda 2 qol vurmaq nəsib olmamışdı. Almeyda hənin tarixi olayı Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə matçda gerçəkləşdirib. Riçard Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın 10-cu (penaltidən) və 27-ci dəqiqələrində vurduğu qollarla 17 dəqiqəyə dubl edib. Matç elə onun fərqlənməsi nəticəsində 2:0 hesablı qələbəmizlə yekunlaşıb.  

Bu, "Qarabağ"ın ÇL-də ilk, avrokuboklarda 4-cü dublu olub. Ağdamlıların əvvəlki dubllarından 1-i İntertoto kubokunda, 2-si Avropa Liqasında olub. İlkə hazırda komandanın məşqçisi olan Müşfiq Hüseynov imza atıb. Azərbaycanın eyni zamanda avrokuboklarda ilk dublunun müəliif olan hücumçu 1999-ci ildə İntertoto kubokunda ilk mərhələdə Hayfanın "Makkabi" klubu ilə səfır matçında fərqlənib - 2:1.

Bu, sonda ilk dəfə avrokuboklarda mərhələ keçməyimizlə nəticələnib.   2010-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində Şimali İrlanidyanın "Portadaun" klubu ilə səfər matçında yarımmüdafiəçi Əfran İsmayılov dubl edib. Həmin ilk oyun da "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə bitib.   Ən nəhayət, hücumçu Vüqar Nadirov 2011-ci ildə Avropa Liqasının I təsnifat mərhələsində Litvann "Banqa" klubuna səfərdə 4:0 hesabı ilə qalib gəldikləri oyunda dubl müəllifi olub. Nadirovun yenidən "Qarabağ"a qayıtdığını nəzərə alsaq, hər 3 yerli dubl müəllifi hazırda da komandanın şərəfini qoruyur.   

Göründüyü kimi, əvvəlki dubllar bir qayda olaraq rəqib meydanında olub. Ancaq Almeyda həm ÇL-də, həm də evdə 2 qol vurması ilə seçilib. Hücumçu Reynaldo Silva nəinki "Qarabağ"ın, avrokuboklarda Azərbaycanı klublarının bombardiri olsa da, həmyerlisindən fərqli hələ də dubl edə bilməyib. O, hər oyunda uzağı 1 qol vurub və ümumilikdə 9 dəfə fərqlənib.

Almeyda Premyer Liqada bir neçə dəfə dubla imza atıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail