Roman Qriqarçuk: "Fransanın "Lill" klubu ilə düşməklə bəxtimizin gətirmədiyini deməzdim"

16.07.2016 | 4253 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatması ilə bağlı fikirlərini bölüşüb. 

Stadium.Az xəbər verir ki, ikinci təsnifat mərhələsində Macarıstan MTK-sını mübarizədən kənarlaşdıracağı halda Fransanın "Lill" klubu ilə qarşılaşacaq bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı bunları söyləyib:

"Biz hələ növbəti mərhələyə vəsiqə qazanmamışıq. Ona görə də indidən üçüncü təsnifat mərhələsi barədə danışmağımız tezdir. Hazırda bütün diqqətimiz MTK ilə cavab matçına yönəlib. Bizi çox çətin ev oyunu gözləyir. MTK-nı keçmək bizim üçün çox çətin olacaq. Bunun üçün xeyli tərləməli olacağıq.

Potensial rəqibimizə gəlincə, Fransanın "Lill" klubu ilə düşməklə bəxtimizin gətirmədiyini deməzdim. Əksinə, hesab edirəm ki, bəxtimiz gətirdi. Belə adlı-sanlı, səviyyəli komanda ilə qarşılaşmaq əladır. Şəxsən mənim üçün çox maraqlı olacaq. Püşkün nəticəsinə görə şadam. Hər belə rəqiblə oyun böyük təcrübədir, dərsdir. Öz gücümüzü belə bir rəqiblə oyunda sınamaq, yeni nələrsə öyrənmək imkanı qazanacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail