Kriştianu Ronaldonun milyonluq yeni avtomobili - FOTO

16.07.2016 | 3891 dəfə oxunub

Madridin "Real" klubunun və Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo yeni avtomobil alıb. Stadium.Az xəbər verir ki, Ronaldo aldığı yeni avtomobilin şəklini şəxsi "İnstagram" hesabında paylaşıb.

"Bugatti" markalı yeni avtomobilin maksimal sürəti saatda 410 km-dir. Ronaldo "16.4 Grand Sport Vitesse" versiyalı avtomobil üçün 1,2 milyon avro xərcləyib. 

Bir müddət öncə futbolçu özünə şəxsi təyyarə almışdı. "Qızıl top"un üçqat sahibi “Gulfstream G200” təyyarəsi üçün 19 milyon avro ödəyib.

Portuqaliyanın “Correio da Manha” tabloidi müasir dövrün ən yaxşı futbolçularından biri olan Kriştiano Ronaldonun yeni bahalı oyuncağı haqqında yazıb.

Portuqaliya yığmasının yarımmüdafiəçisi bundan sonra təmtəraqlı bəzədilən və 10 nəfərə qədər sərnişin tutumu olan öz şəxsi təyyarəsi ilə dünyanın istənilən nöqtəsinə rahatlıqla uça bilər. 

İrina Şeykin keçmiş sevgilisinin yeni nəqliyyat vasitəsi iki motorlu biznes-klas “Gulfstream G200” planeridir. Bu təyyarə 10 sərnişinə qədər daşıya bilər, ekipajın üzvləri üçün ayrı vanna otaqlarına malikdir, şkaflar, internetə giriş, telefon, faks, mikrodalğalı soba, elektrik sobası və içkilər üçün soyuducuya malikdir. Ronaldonun Londona ona həsr edilmiş filmin premyerasına bu təyyarə ilə uçduğu bildirilir.

31 yaşlı Ronaldo artıq 4-cü dəfədir “Qızıl buts” mükafatını alır. Ondan əvvəl bu fəxri mükafatı 3 dəfə Lionel Messi, iki dəfə Herd Müller və Eysebio alıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail