"Kəpəz"in rəqibinin baş məşqçisi: "Hisslərim qarışıqdı"

16.07.2016 | 3542 dəfə oxunub

“Admira” və “Kəpəz” bir-birindən fərqlənir. Hər ikisi bizə narahatlıq yarada biləcək rəqibdi”.

Stadium.Az xəbər verir ki, bu sözləri Çexiyanın “Slovan” klubunun baş məşqçisi Hendrix Trpişovski deyib.

Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Admira” – “Kəpəz” cütünün qalibi növbəti mərhələdə məhz “Slovan”la qarşılaşacaq.

Bununla bağlı fikirlərini bölüşən Liberets təmsilçisinin çalışdırıcısı ehtiyatlı danışıb: “Hisslərim qarışıqdı. Azərbaycan futbolu bizim üçün həmişə qeyri-müəyyən olub. Bu mənada, Avstriya təmsilçisi ilə qarşılaşmaq daha yaxşı olardı. İlk oyunda qeydə alınan nəticə “Admira”nın şansını artırır. Qısası, bizi möhkəm rəqib gözləyir. “Admira”nın adı daha yüksək səslənir və bu komanda haqda daha çox məlumata sahibik. Üstəlik, Azərbaycandan fərqli, Avstriyaya məsafə daha azdı”.

“Kəpəz” “Admira” ilə keçirdiyi ilk görüşdə 0:1 hesablı məğlubiyyətə üzülüb. Bu komandalar arasındakı cavab matçı isə iyulun 20-də Bakıda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail