Rusiyalı nazir: "Futbol üzrə Rusiya millisi ləğv olub"

18.07.2016 | 3061 dəfə oxunub

Rusiya Federasiyasının idman naziri Vitaliy Mutko futbol üzrə milli komandanın ləğv edildiyini elan edib. Stadium.Az xəbər verir ki, iyulun 17-si dövlət rəsmisi ictimaiyyətə qərarını açıqlayıb.

Nazir “artıq milli komanda yoxdur, heyət dağılıb” – deyib. V. Mutko halhazırda yeni baş məşqçinin axtarışlarının getdiyini bildirib. Buna səbəb isə Leonid Slutskiynin bütün diqqətini MOİK-də cəmləmək istəyi olub. Odur ki, baş məşqçi postuna gələcək şəxs milli komandanın heyətini yenidən toplamalı olacaq.

RF prezident administrasiyası nazirliyin milli komandanı ləğv etmək haqqında petisiyasını nəzərdən keçirib. Bu ana qədər 931 mindən artıq şəxsin imzasının toplandığı petisiyada rus yığma komandasının heyətinin dağılaraq, yenidən formalaşdırılması xahiş edilib.

Rus azarkeşlər futbol üzrə Milli komandanın ləğv olunmasını neçə vaxtdır ki, tələb edirlər. Bu məqsədlə 24 iyundan etibarən "Change.org"  saytında petisiya da təşkil olunub. Petisiya Rusiya Federasiyasının prezidentinə və Dumaya ünvanlanıb. Azarkeşlər millinin "Avro-2016" da uğursuz çıxışını nəzərə alaraq, cari heyətin ləğvini tələb edir. Yeni heyətin yığılmasını təklif edən azarkeşlərin sayı artıq 50 mini keçib.

Rusiya Futbol Yığmasının baş məşqçisi Leonid Slutskiy postunu tərk edəcək. İdman ustasının dediyinə görə, rus millisinin "Avro-2016"da hansı nəticəni əldə edəcəyindən asılı olmayaraq artıq bu vəzifəni icra etməyəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin futbol ittifaqı artıq baş məşqçi postuna namizədləri gözdən keçirməyə başlayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail