Rioda Olimpiya çempionu olan hər azərbaycanlı idmançı 400 min maat qazanacaq

18.07.2016 | 2602 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan idmançıları, əlil idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Stadium.Az xəbər verir ki, sərəncamlara əsasən, XXXI Yay Olimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat məbləğində mükafat veriləcək.

Olimpiadada ikinci yeri tutan hər bir idmançıya və məşqçiyə müvafiq olaraq, 200 min və 100 min manat məbləğində mükafat nəzərdə tutulub. Üçüncü yeri tutan idmançı 100 min, onun məşqçisi isə 50 min manat məbləğində mükafatlandırılacaq.

Bundan başqa, XV Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat mükafat veriləcək. İkinci yerə layiq görülən idmançı 100 min manat, onun məşqçisi 50 min manat məbləğində mükafatlandırılacaq. Üçüncü yeri tutan hər bir paralimpiyaçı idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat məbləğində mükafat nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail