"Mübarizəni dayandırmaq bizim üçün faciə olmayacaq"

19.07.2016 | 3039 dəfə oxunub

"Admira”nın baş məşqçisi Oliver Lederer Avropa Liqasının ikinci təsnifat mərhələsində "Kəpəz"lə oyun öncəsi keçirdiyi mətbuat konfransında Bakıya səfərləri və oyun haqda danışıb. Stadium.Az xəbər verir ki, o, belə danışıb:

"Bakı kimi gözəl şəhərdə bizi yaxşı qarşıladığınız üçün sizə minnətdarlığımı bildirirəm. Bilirik ki, sabah bizi çətin oyun gözləyir. Ev oyununda yaxşı çıxış etdik və 1:0 hesablı qələbə qazandıq. Lakin sabah bizi çətin oyun gözləyir. Ola bilər ki, sabahkı qarşılama 90 və ya 120 dəqiqə davam etsin.

Rəqibi analiz etmişəm. "Kəpəz"in üstün cəhətləri sürətli əks-hücumlardır. Bunu ilk oyunda sübut ediblər. Hücum xəttində braziliyalılar çox fəal çıxış ediblər. Çalışacağıq ki, topu özümüzdə saxlayaq və rəqibin əks hücumlara çıxmasına imkan verməyək. 

Deməzdim ki, sabah müdafiədən oynayacağıq. Oyun tərzimiz rəqibdən asılı deyil. Hər zaman çalışırıq ki, hücum edək. Amma bu, bəzən alınmır. Məşqçi kimi gələcəyim sabahkı oyundan asılı deyil.


"Kəpəz"ə hörmətlə yanaşırıq, amma gücümüzə inanırıq. Düşünürəm ki, komandam Bakıda qol vura bilər. Penaltiləri də məşq etmişik. Bununla belə, 90 dəqiqədə ərzində qol vurmaqla cütün taleyini həll etməyə çalışacağıq. Sabah mübarizəni dayandırmaq bizim üçün faciə olmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail