Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb - FOTO

19.07.2016 | 2498 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın üzvləri və məşqçi heyəti ilə görüşüb.

Stadium.Az xəbər verir ki, Rövnəq Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin hər zaman idmana və olimpiya hərəkatına göstərdiyi diqqətin dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Federasiya prezidenti Rio olimpiadasında ölkəmizi təmsil edəcək 6 cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli çıxış edərək əsas milli komandamızın son 9 ay ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, Avropa çempioanatı, "Böyük Dəbilqə" və "Qran-Pri" turnirlərindən vətənə medallarla qayıtdıqlarını vurğulayıblar. Vitse-prezident Sadıq Sadıqov ötən bu dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Baş məşqçi Piter Zayzenbaher və millinin kapitanı Elxan Məmmədov onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Ölkəmizi Rio Yay Olimpiya Oyunlarında 6 cüdoçu - Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66kq), Rüstəm Orucov (73kq), Məmmədəli Mehdiyev(90kq), Elmar Qasımov(100kq) və Kokauri Uşangi (100+kq) təmsil edəcək. Cüdoçularımız avqustun 19-dan 25-dək Almaniyanın Berlin şəhərində olimpiadaya təlim-məşq toplanışını davam etdirəcəklər. Avqustun 25-də isə cüdo üzrə milli komandamızın üzvləri Berlin-Paris-Rio reysi ilə Braziliyaya gedəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail