Azərbaycan döyüşçüləri ABŞ-da 2 qızıl, 1 gümüş qazandı

20.07.2016 | 2732 dəfə oxunub

ABŞ-ın Orlando şəhərində Çin döyüş sənətləri üzrə XVII ənənəvi dünya çempionatı keçirilib. Azərbaycanın Şərq təkbətək döyüş növləri üzrə ustaları çempionatda layiqincə çıxış ediblər.

Stadium.Az xəbər verir ki, Azərbaycan döyüşçüləri hapkido üzrə iki qızıl və bir gümüş medal qazanıblar.

Çempionatda hapkido üzrə 10-cu danın və qara kəmərin sahibi, məşqçi Süleyman Məmmədlinin rəhbərliyi ilə dünya və Avropa çempionu Vüqar Əzimov və Əli İsmayılov çıxış ediblər. Süleyman Məmmədli və Vüqar Əzimov öz çəki dərəcələrində qızıl medal, Əli İsmayılov isə gümüş medal qazanıblar.

Dünyanın 50-dən çox ölkəsinin idmançılarının iştirakı ilə keçirilən çempionatda Azərbaycan idmançılarının çıxışları hakimlər tərəfindən yüksək qiymətləndirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail