Gəncəli azarkeşlər Bakıda problemlə üzləşib

20.07.2016 | 3433 dəfə oxunub

“Kəpəz” klubunun azarkeşləri bu gün Avstriya “Admira”sı ilə Avroliqadakı cavab oyunu öncəsi problemlərlə üzləşib.

Stadium.Az xəbər verir ki, matç Bakının mərkəzindən xeyli uzaqda – Mərdəkandakı “Dalğa Arena”da keçiriləcəyindən Gəncə klubunu dəstəkləmək istəyən xeyli azarkeş oyunu birbaşa stadiondan izləyə bilməyəcək.

Qeyd edək ki, Avroliqanın ilk təsnifat mərhələsində “Daçiya” (Moldova) ilə evdəki oyunda klub tərəfindən azarkeşlərin matçı izləməsi üçün 11 avtobus ayrılmışdı. Bunun sayəsində də 500-dən çox azarkeş Mərdəkandakı oyunu izləmək üçün ora pulsuz gedib qayıda bilmişdi. Amma bu dəfə klub tərəfindən eyni addım atılmayıb.

Qol.az saytına müraciət edən bəzi azarkeşlər isə klubdan tələb ediblər ki, yolun uzaqlığı nəzərə alınaraq azarkeşlərin matça pulsuz aparılmaları üçün ayrıca avtobuslar ayrılsın. Onların fikrincə, əks halda “Kəpəz”i dəstəkləmək üçün tribunada çox az azarkeş olacaq (1000-2000 arası). 
“Kəpəz” – “Admira” matçı saat 20.00-da başlanacaq. Bu komandaların ilk oyununda Gəncə təmsilçisi 0:1 hesabı ilə uduzub. “Kəpəz”in mərhələ adlaması üçün cavab oyununda güclü azarkeş dəstəyinı ehtiyac var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail