Emin Mahmudov da Azərbaycan millisində oynamağa razılıq verdi - ÖZƏL

21.07.2016 | 10212 dəfə oxunub

Rusiya millisində oynamağı arzuladığı üçün Azərbaycan seçməsində çıxış etməkdən imtina edən Emin Mahmudov da fikrini dəyişib. Stadium.Az saytına daxil olan məlumata görə, Emin Azərbaycan millisində oynamağa razılıq verib.

Belə ki, Mahmudov bir neçə gün öncə icarə əsasında son mövsümü  Rusiyanın "Mordoviya" klubunda keçirmiş, ancaq müqaviləylə Moskva "Spartak"ına məxsus olan yarımmüdafiəçiyə klubu qapını göstərmişdi. 24 yaşlı Emin Mahmudov karyerasını Portuqaliyada - "Boavişta" klubunda davam etdirəcək. O, yeni klubuyla 2 illik müqavilə imzalayıb. AFFA-dan adının açıqlamasını istəməyən mənbəmiz bildirib ki, Emin artıq Azərbaycan millisində oynamağa da razılıq verib. Mənbəmiz onu da bildirdi ki, Emin Mahmudovun "Boavişta"ya keçməsinə də məhz AFFA rəsmiləri vasitəçilik edib.

Bir neçə gün öncə isə “Zenit”dən ayrılaraq “Trabzonspor”a keçən daha bir azərbaycanlı Ramil Şeydayev də Azərbaycan millisində oynamağa razılıq verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail