Maradona: "Argentina millisini havayı da çalışdıraram"

22.07.2016 | 3231 dəfə oxunub

Diyeqo Maradona Argentina millisinin baş məşqçisi olmaq istəyir. 2016 Amerika kubokundan sonra Xerardo Martino öz köməkçiləri ilə istefaya getdikdən sonra millini kimin çalışdıracağı qeyri-müəyyəndir.

Stadium.Az xəbər verir ki, 55 yaşlı Maradona məvacib ödənilmədən belə milli komandanın sükanı arxasına keçməyə hazır olduğunu bildirib.

"Simeone maliyyə səbəblərindən Argentina millisində işləməkdən imtina etdi. Amma mənim üçün pul problem deyil. Milli komandanı havayı da çalışdıraram. Bir çox insanlar ödənişli məşqçi olduğumu düşünür. Bəs, Mouinyo, Ançelotti və ya Simeone necə olsun? Bu məşqçilərlə müqayisədə nə dərəcədə ödənişli olduğumu bilmirəm. Məşqçilik etmək üçün darıxıram. Futbolçularla işləmək, mətbuatla konfliktlər üçün darıxıram".

Maradona 2008-2010-ci illərdə Argentina millisində baş məşqçi işləyib. CAR mundialının 1/4 final mərhələsində onun komandası almanlara 0:4 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı. 2011-ci ildə BƏƏ-nin "Al Wasl" klubunu çalışdıran Maradona 2012-ci ilin iyulundan işsizdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail