"Rəqibə qarşı tərbiyəsizlik etmək, komandaya qarşı hörmətsizlik etməkdir"

07.08.2016 | 3057 dəfə oxunub

AZAL Azərbaycan Premyer Liqasının açılış oyununda doğma meydanda “Neftçi”yə 2 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra matç barədə jurnalistlərin suallarını cavablandırıb:

"Çempionatın startı münasibətilə futbolsevərləri təbrik edirik. İlk oyun, üstəlik "Neftçi" ilə görüş ağır keçir. Ümumilikdə komandamdan razı qaldım.

"Futbolçularda ilk oyun həyacanı hiss olunurdu. Komanda mübarizə apardı. Qarşıda çətin oyunlarımız var. Düşünürəm ki, bu ilki heyət bir az oturuşmuşdur. Bir neçə futbolçu cəlb etmişik və onlar komandaya uyğunlaşır. Ruslan Əmircanovun təcrübəsi var. Ancaq yeni gələnlərin hamısını ilk hissədə meydana buraxmaq olmur. Onun fiziki durumu 90 dəqiqə oynamağa imkan vermədi. Hücum xəttini düşünürdük. Hər bir futbolçunun meydançada işlətdiyi ifadə və hərəkətinə hörmətlə yanaşıram. Belə oyunlarda emosiya çox olur. Belə olanda hər bir söz işlətmək olar. Sayılmayan qolumuz oldu. Hakim nə olduğunu daha yaxşı gördü. Bizim buraxdığımız qola gəlincə, Elşadın o qədər də təcrübəsi yoxdur. Bəlkə də oynayanda belə olmamışam, amma çox emosionalam. Bəlkə də bunlar bir təcrübədir. Zamanla elə komandada işləyə bilərəm ki, belə emosiyalar olmasın. Klubun vəziyyəti göz qabağındadır. Bəlkə də büdcə baxımından elə səviyyəli futbolçular gətirəcəm ki, daha rahat olsun. Bizim kimi hakimlərin də səhvi olur. Elə epizodlar olur ki, səhv hər iki komandaya qarşı olur.

Başqasının işini təhlil etmək zamandır. Futbolu hamı oynaya bilmir, amma hamı analiz edir. Mənim iki hücumçum var - Röyal və Canalidze. "Neftçala" mayda dağıldı, Canalidze səkkiz gündür ki, bizim heyətə qoşulub. Onu necə meydana buraxım? Məcburuq. Bu məbləğə hansı səviyyəli futbolçu gətirə bilərik? Canalidzeyə min manat maaş veririk. Mənim bugünkü hədəfim 4, 5 və 6-cı pillədir. Bacardığımız qədər oynayacağıq. İlk üç pillə desəm yalançı olaram. Bütün futbolçular öz optimal formasını yığandan sonra daha yaxşı AZAL görəcəksiniz. Aşağı dəstədən gələn futbolçuları divizion psixologiyasından çıxarmaq çətindir. Röyalın bəzi epizodlarda soyuqqanlı olması məni sevindirir, ancaq bizə vaxt lazımdır. Təbii ki, onun özünün də istəyi olmalıdır. Ruslan cəzalandı, nəticədə əvəzedici heyətə göndəriləcək. Orada necə oynayacaq, ona məşqçilər nəzarət edəcək. Rəqibə qarşı tərbiyəsizlik etmək, komandaya qarşı hörmətsizlik etməkdir. Digər epizodlarda futbolçuya heç nə deyə bilmərəm. Ancaq belə epizodlarda cəzalanmalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail