Gimnastımız Olimpiya oyunlarında finala yüksəlib

07.08.2016 | 2488 dəfə oxunub

Azərbaycanın idman gimnastları Oleq Stepko və Petro Paxnyuk 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təsnifat yarışlarına qatılıb.

Stadium.Az xəbər verir ki, hər iki idmançı kişilərin fərdi çoxnövçülük yarışlarında və ayrı-ayrı hərəkətlər üzrə mübarizə aparıb. Fərdi çoxnövçülükdə Stepko 6 hərəkətin cəmində 86,208 bal toplayaraq, 20-ci yeri tutub və finala yüksəlib. Paxnyuk isə 84,215 balla 34-cü yeri tutaraq, mübarizəni dayandırıb.

Ayrı-ayrı hərəkətlərə gəlincə, onların nəticələri belə olub:


Sərbəst çıxışlar

41. Petro Paxnyuk - 14,133

50. Oleq Stepko - 13,900


İdman atı

13. Oleq Stepko - 14,975

35. Petro Paxnyuk - 14,233


Halqalar

47. Oleq Stepko - 14,033

59. Petro Paxnyuk - 13,600


Paralel qollar

18. Oleq Stepko - 15,300

51. Petro Paxnyuk - 14,166


Turnik

50. Petro Paxnyuk - 13,783

57. Oleq Stepko - 13,600


Ayrı-ayrı hərəkətlərin heç birində Azərbaycan təmsilçiləri finala yüksələ bilməyib. Fərdi çoxnövçülük üzrə final mərhələsi isə avqustun 10-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail