Olimpiyadadan sonra özünü öldürəcək: "Yasıma gələnlər məni xatırlamaq üçün bir qədəh şampan içsin, yetər”

07.08.2016 | 2994 dəfə oxunub

Belçikalı paralimpiyaçı atlet Marieke Vervoort Paralimpiya Oyunlarından sonra evtanaziya ilə həyatına son verəcək. Stadium.Az xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı Marieke Vervoort, müalicəsi mümkün olmayan xəstəliyin verdiyi ağrılara dözə bilmədiyi üçün belə bir qərar qəbul edib.

2012-ci il London Paralimpiya Oyunlarında əl pedallı velosiped ilə 100 metr məsafəyə yarışda qızıl medal qazanan Vervoort, hal-hazırda həyata bağlanmaq üçün tək səbəbinin Paralimpiya Oyunları olduğunu deyib. O bildirib ki, səhəttində ciddi bir dönüş olmazsa ölkəsində qanuni olan evtanaziya  ilə həyatına son verəcək.

Orqanizmi yeniləmə xüsusiyyətini itirdiyi üçün ağrıları hər gün daha da artan qadın idmançı yas mərasimi ilə bağlı vəsiyyətini də açıqlayıb:

“Öldükdən sonra yas mərasimimdə tort verilməsini istəmirəm. Yasıma gələnlər məni xatırlamaq üçün bir qədəh şampan içsin, yetər”.

Evtanaziya — sağalmaz xəstəlikdən əziyyət çəkən insanı öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail