Teymur Məmmədov: "Mən bayrağımızdan güc aldım"

08.08.2016 | 2943 dəfə oxunub

"Vətənə Olimpiya çempionu olaraq qayıtmağa çalışacağam. Olimpiadaya qələbə ilə başladığıma görə çox sevinirəm".

Stadium.Az xəbər verir ki, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarında 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz, millimizin bayraqdarı Teymur Məmmədov deyib.

“İlk döyüş həmişə çətin olur. Həm də Ukrayna idmançısı zəif rəqib deyildi. Söz verirəm, döyüşdən-döyüşə daha yaxşı nəticə göstərəcəyəm. Paradda doğma Azərbaycanımızın bayrağını aparmaq mənim üçün çox böyük şərəf oldu. Mən bayrağımızdan güc aldım. Bəzən deyirlər bayrağı daşımaq və ümumiyyətlə, açılış paradında stadionda saatlarla ayaq üstə qalmaq fiziki yorğunluq yaradır və yarış zamanı təsirini göstərir. Lakin tam səmimiyyətlə deyirəm ki, açılışda bayrağı aparmaq Olimpiadaya qələbə ilə başlamaq üçün mənə əlavə güc verdi. Bugünkü qələbəm isə qarşıdakı döyüşlərdə daha əzmkar mübarizə aparmağa stimul oldu. İnanıram ki, növbəti döyüşlərdə daha böyük qüvvə ilə döyüşəcəyəm və finaladək yüksəlib çempion olacağam. Mən Londonda qazandığım bürüncü burada qızıla çevirmək istəyirəm” deyə T.Məmmədov bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail