Əfsanəvi amerikalıdan Rioda 3-cü, karyerasında 21-ci olimpiya qızılı

10.08.2016 | 3783 dəfə oxunub

Əfsanəvi idmançı Maykl Felps olimpiya oyunlarında qazanılan qızıl medalların sayında yeni rekord müəyyənləşdirib. Stadium.Az xəbər verir ki, ABŞ üzgüçüsü Rio-2016-da daha iki çempionluq sevinci yaşayıb.

Bunadək 19 qat Olimpiya çempionu olan Felps əvvəl batterflyay üsulu ilə 200 metr məsafəyə üzməkdə hamıdan güclü olub. Ardınca isə sərbəst üsulla 4x200 m yarışlarında ABŞ millisinin heyətində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, onun Rio-da 3-cü qızılı olub. Amerikalı üzgüçü 4x100 m yarışında da ABŞ yığması ilə çempionluq yaşamışdı.

Bununla da Felps Olimpiya Oyunları tarixində ən çox çempionluq və medal qazanan idmançı kimi rekordunu yeniləyib.

Felps Afina-2004-də 6, Pekin-2008-də 8, London-2012-də 4, Rio-2016-da 3 qızıl medal qazanıb. Bundan başqa, 2 gümüş və 2 bürüncü də olan Felpsin ümumi medallarının sayı 25-ə çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail