Məğlub olan boksçumuz: "Bu nəticəyə görə hamıdan üzr istəyirəm"

14.08.2016 | 3826 dəfə oxunub

Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəni dayandıran boksçumuz Albert Səlimov maraqlı açıqlamalar verib. Stadium.Az  xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya danışan boksçumuz şok uğursuzluğunu belə izah edib:

“Döyüşüm alınmadı. Özümü finalda görsəm də, fərqli şeylər oldu. Bu mənim günahımdır. Yaxşı döyüşmədim. Daha güclü irlandiyalıya qalib gəldiyim halda, fransıza uduzdum. Bu nəticəyə görə hamıdan üzr istəyirəm. Hər kəsə təşəkkür edirəm və düşünürəm ki, artıq karyeramı bitirməyin vaxtıdır. Dünənki döyüşdən sonra düşündüm ki, getmək lazımdır. Mənim artıq 30 yaşım var. 4 il əvvəl məni dəvət etmişdilər ki, ölkəyə xeyir verim. Bacardığımı etdim. Yaxşı nəticələrim də oldu.

Səlimov haqqında yazılan tənqidlərdən də danışıb: “Məşqçimiz mənə bildirdi ki, internetdə çox yazılır bu barədə. Özüm internetə daxil olmuram, əlavə suallarla özümü yükləmək istəmirəm. Onsuz da çox gərgin vəziyyətdəyəm. Qoy bir az vaxt keçsin, sonra danışarıq. Ancaq bu dəqiqə boks haqqında danışmaq istəmirəm. Boks artıq mənim üçün bitib, başa çatıb. Başım var, əlim var, ayağım var. Lap gedib bostanda da işləyərəm. Kişiyik də, mütləq bir iş taparıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail