Rio-2016: Rövşən bürüncü də əldən verdi - YENİLƏNİB

15.08.2016 | 5829 dəfə oxunub

Rio Olimpiadasında bu gün güləş yarışları da başlayır. Stadium.Az xəbər verir ki, əvvəlcə Yuna-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.

Millimizin üzvlərindən Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) də Olimpiadada mübarizəyə başlayacaqlar.Elvin mübarizəyə 1/16 finaldan etibarən başlayıb. Onun ilk rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız 1/8 finala yüksəlib.

Elvinin bu mərhələdə Zurabi Datunaşvilini (Gürcüstan) məğlub edən Dosjan Kartikovla (Qazaxıstan) qarşılaşb. Təmsilçimiz bu güləşçini də yolundan kənarlaşdırıb - 5:1. Yarımfinala gedən yolda idmançımız macarıstanlı Peter Bacsi ilə üz-üzə gəlib. O, mübarizəni məğlub başa vurub. Elvin bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə də qatıla bilməyib. Belə ki, onu məğlub edən Bacsinin yarımfinalda uduzması, həmyerlimizin yarışla vidalaşmasına səbəb olub.

***

Son iki Olimpiadanın (Pekin-2008 və London-2012) gümüş mükafatçısı Rövşən Bayramov da çıxışa başlayıb. İdmançımız mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olub. Pəhləvanımız bu rəqibini asanlıqla məğlub edib - 8:0.

Həmyerlimiz 1/4 finalda Mahadi El Messaudiyə (Mərakeş) 8:0 hesabı ilə qalib gələn Xese David Tielke ilə qarşılaşıb. ABŞ-lı rəqibinə də şans verməyən Bayramov 9:0-lıq qələbə ilə yarımfinala yüksəlib.

Finala çıxmaq üçün pəhləvanımız yapon güləşçi Ota Şinobunu məğlub etməli idi. Ancaq əsas medal ümidlərimizdən olan Rövşən görüşü məğlub başa vurub - 2:4. Yapon idmançı onun kürəyini yerə vurmağı bacarıb.

İdmançımız bürünc medal uğrunda güləşəcək.

İdmançımız bürünc medal uğrunda güləşib. Onun rəqibi norveçli Stig-Andre Berge olub. Bu rəqibinə də uduzan Rövşən Olimpiadanı medalsız başa vurub. Görüşdə hesab 1:1 olsa da, sonuncu xalı alan norveçli bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail