Rio-2016: Güləşçimiz bürünc qazandı

16.08.2016 | 2792 dəfə oxunub

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Stadium.Az xəbər verir ki, daha iki idmançımız - iranlı legionerlər Saman Təhmasibi və Sabah Şəriəti mübarizəyə başlayıb.

85 kq çəki dərəcəsində Yunan-Roma güləşçimiz Saman  Təhmasibi mübarizəyə 1/16 final mərhələsindən start verib. Son dünya çempionatının bürünc mükafatçısının ilk rəqibi Davit Çakvetadze (Rusiya) olub. Görüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb. Çakvetadze finala yüksələrsə, Təhmasibi bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Sabah Şəriəti (130 kq) isə Olimpiadada 1/8 finaldan debüt edib. Avropa Oyunları və qitə birinciliyinin gümüş mükafatçısının ilk rəqibi David Smit (ABŞ) olub. Rəqibinə 8:2 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala yüksəlib.

Onun bu mərhələdəki rəqibi türkiyəli Rıza Kayaalp olubq. Güclü Kayaalp qarşısında heç nə edə bilməyən Şəriəti 0:5 hesablı məğlubiyyətə düçar olub. Buna baxmayaraq, idmançımız medal şansını itirməyib. Belə ki, türkiyəli finala adlayarsa, Şəriəti bürünc medal üçün təsəlliverici görüşlərə qatılacaq.

***

Şəriəti Venesuela təmsilçisinə qalib gələrək medal şansını artırıb. Onu qarşıda daha bir oyun gözləyir. 

***

Şəriəti son rəqibi almaniyalı Eduard Poppu məğlub edib və bürünc medal qazanıb.

***

İk gündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. Bu növ üzrə millimizdə sabah Rəsul Çunayev (66 kq) mübarizəyə qoşulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail