Rio-2016: Stadnik gümüş qazandı, Yuliya bürüncü əldən verdi - YENİLƏNİB

18.08.2016 | 5652 dəfə oxunub

Bu gün Rio-2016-da xanım güləşçilərimiz mübarizəyə qoşulacaqlar. Stadium.Az xəbər verir ki, millimizin üzvləri olan Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) döşək üzərinə çıxacaqlar.

48 kq

Mariya Stadnik yarışa 1/8 finaldan başlayacaq. Onun rəqibi isə argentinalı Alexandra Patrisia Bermudezdir.

Stadnik 41 saniyəyə 10 xal qazanaraq görüşü vaxtından əvvəl qələbəylə başa vurub.

O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

Təmsilçimiz yarımfinalda bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. O, rəqibinə heç bir şans verməyib. Görüş başlayan kimi ardıcıl xallarla hesabı 6:0 edən təmsilçimiz daha sonra isə rəqibinin kürəyini xalçaya vuraraq ilk perioddaca təmiz qələbə qazanıb.

Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gələcək. Bu idmançı güləşçimizə tanışdı. Belə ki, 2015-ci il Las-Veqasda keçirilən dünya çempionatının finalında təmsilçimiz məhz Tosakaya məğlub olaraq ikinci olmuşdu. Bu qarşılaşma saat 00:30-da başlayacaq.

Təəssüflər olsun ki, Stadnik 261 hesabda öndə olduğu yarışda sona 3 saniyə qalmış üstünlüyü əldən verərək 3:2 hesabıyla məğlub oldu.

58 kq 

Digər güləşçimiz Yuliya Ratkeviç də yarışa 1/8 finaldan başlayacaq. Yuliyanın rəqibi isə ukraynalı Oksana Herheldir. Yuliya çətinliklə də olsa rəqibinə qalib gələ bilib - 7:5

İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qüvvəsini sınayıb. O, rəqibinə 7:3 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Ratkeviç yarımfinalda yaponiyalı Kaori İço ilə üz-üzə gələcək.Güləşçimiz rəqibinə 10:0 hesabıyla məğlub olub. O, bürünc üçün güləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail