Rio-2016. İrlandiyalı boksçudan AİBA və Putinə korrupsiya ittihamı

17.08.2016 | 3700 dəfə oxunub

Rio Olimpiadasının boks turnirində maraqlı hadisə yaşanıb. 56 kq çəki dərəcəsində mübarizə aparan irlandiyalı Maykl Konlan diqqət mərkəzinə düşüb. 1/4 finalda Rusiya boksçusu Vladimir Nikitinə ümumi hesabda 0:3 uduzan 25 yaşlı idmançı emossiyalarını gizlədə bilməyib.

Stadium.Az xəbər verir ki, 2015-ci ilin dünya və Avropa çempionu döyüşdən sonra ciddi tənqidlər səsləndirib.

"AIBA fırıldaqçıdır. Boks hakimləri də, həmçinin. Həvəskar boks başdan ayağa üfunət iylənir. Arzularım puç oldu. Bütün qəlbimlə İrlandiyaya qızıl medal qazandırmaq istəyirdim. İndisə geriyə məğlub qayıdacam. Amma özümü qalib hiss edirəm. Bu gün Ümumdünya boks Federasiyasının necə rüşvətxor təşkilat olduğunu göstərdi. Bundan sonra heç vaxt bu qurumun bayrağı altında döyüşməyəcəm" - Konlan deyib.

İrlandiyalı boksçu RF prezidenti Vladimir Putini də "diqqətdən kənarda" qoymayıb. O tvitter hesabında bunları yazıb: "Putin, onları (hakimləri) satın almaq üçün nə qədər pul vermisən?".

Görüşün hakimləri Braziliya, Polşa və Şri-Lankadan olub. Bundan əvvəl Qazaxıstan boksçusu Vassili Levit də Rusiya təmsilçisi Yevqeni Tişşenkoya uduzmasında hakimlərin rolunun olduğuna işarə vurmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail