Rio-2016: Şərif Şərifov da bürünc medal qazandı - YENİLƏNİB

21.08.2016 | 4387 dəfə oxunub

Rioda keçirilən Olimpiya Oyunları davam edir. Stadium.Az xəbər verir ki, bu gün daha 2 güləşçimiz mübarizəyə qoşulacaq. 

Sərbəst güləş

86 kq

Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirəcək. Qarşılaşma saat 17:25-də başlayacaq.

Əgər o, 1/4 finala yüksələrsə, yarımfinal üçün Mateus Baranovski (Polşa) - Sandro Aminaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

***

İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.

O, 1/4 finalda yarımfinal üçün Mateus Baranovski (Polşa) - Sandro Aminaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

***

Şərif 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə qarşılaşıb. Polşalı güləşçi də həmyerlimizə ciddi müqavimət göstərə bilməyib. Nəticədə görüşü 7:0 hesablı üstünlüklə tamamlayan Şərifov adını yarımfinala yazdırıb.

Güləşçimizin final yolunda son rəqibi dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayev (Rusiya) olacaq.

***

Şərif Şərifov Abdulrəşid Sadulayevə 8:1 hesabıyla məğlub.

***

Şərifin məğlub olduğu rusiyalı idmançı finala çıxdığından o, bürünc medal uğrunda güləşəcək. Onun sonuncu rəqibi venesuelalı Pedro Francisco Ceballos Fuentes olacaq. 

***

Şərif bu dəfə rəqibinə 561 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

125 kq

Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayacaq. O, ilk cəhdində ABŞ güləşçisi İvaylov Dlaqnevi sınağa çəkəcək. Qarşılaşma saat 17:45-də start götürəcək.

Pəhləvanımız bu rəqibini geridə qoya bilsə, Robert Baran (Polşa) - Ayal Lazarev (Qırğızıstan) cütünün qalibi ilə qüvvəsini sınayacaq.

***

Dlaqnev sona yaxın ardıcıl 6 xal qazanaraq, qalib gəlib və 1/4 finala adlayıb. Amerikalı güləşçi yarımfinalda İran idmançısına məğlub olduğu üçün Cəmaləddin üçün də Olimpiada yekunlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail