Rio-2016: Toğrul və Xetaq finalda məğlub oldu - YENİLƏNİB

21.08.2016 | 5320 dəfə oxunub

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında son sərbəst güləşçilərimiz mübarizəyə qoşulacaq. Stadium.Az xəbər verir ki, xalça üzərinə medal ümidlərimizdən ikisi çıxacaq. Belə ki, son Olimpiya çempionu Toğrul Əsgərov (65 kq) və bürünc mükafatçısı Xetaq Qazyumov (97 kq) medal qazanmağa çalışacaqlar.

65 kq

Bu çəkidə çıxış edən London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov yarışa 1/8 finaldan start verəcək. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub.

Görüşdə ilk xalları rəqib qazansa da, Əsgərov Kvyatovskiyə heç bir şans verməyib - 12-2.

1/4 finalda güləşçimiz Frenk Molinaro (ABŞ) ilə qarşılaşıb. Toğrul ABŞ idmançısına 10:0 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb.

***

Toğrul italiyalı Frank Markez Xamizonu mübarizədən kənarlaşdırıb. İlk hissəni öndəbitirən Əsgərov ikinci hissədə hesabda geri düşüb. Ancaq sona yaxın fəallaşan pəhləvanımız 7:4 hesablı qələbə ilə finala adlayıb.

Həlledici görüşdə rəqib rusiyalı Soslan Ramonovdur. 

Toğrul Romanova vaxtından əvvəl məğlub olaraq ikinci dəfə Olimpiya çempionu olmaq şansını əldən verdi.


97 kq

Xetaq Qazyumov isə ilk olaraq təsnifat mərhələsində çıxış edəcək.  İki Olimpiadanın (Pekin-2008 və London-2012) və dünya çempionatının bürünc, Avropa çempionatının gümüş, “Bakı-2015” Avropa Oyunlarının isə qızıl mükafatçısı olan pəhləvanımızın rəqibi Polşa güləşçisi Radoslav Baran olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/8 finala yüksəlib.

Bu mərhələdə onun rəqibi iranlı Mohammed Ali Reza Yazdani olub. Gərgin döyüşü 2:1 hesablı qələbə ilə ilə başa vuran Xetaq 1/4 finala yüksəlib.

***

Xetaq bu mərhələdə özbəkistanlı Maqomed İbraqimovla üz-üzə gəlib. O, Özbək idmançını 12:3 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb.

Qazyumov yarımfinalda üz-üzə gəldiyi ukraynalı Valeri Anditsevə vaxtından əvvəl 10:0 hesabıyla qalib gələrək finala yüksəlib.

Təəssüflər olsun ki, Xetaq da rəqibinə məğlub oldu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail