"Qarabağ"ın rəqibləri olan komandaları tanıyaq

27.08.2016 | 4349 dəfə oxunub

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK və Çexiyanın "Slovan" klubları ilə birlikdə J qrupunda mübarizə aparacaq.

Stadium.Az klubun saytına istinadən "Qarabağ"ın rəqibləri haqda ətraflı məlumatları təqdim edir.

“Fiorentina” (İtaliya)

“Fiorentina” klubu 1926-cı ildə yaradılıb və İtaliyanın Florensiya şəhərini təmsil edir. Komanda indiyə qədər ikiqat İtaliya çempionu, 6  dəfə İtaliya kuboku və bir dəfə də İtaliya Superkubokunun qalibi olub. “Fiorentina” iki dəfə UEFA kubokunun finalında iştirak edib. Ötən mövsümü isə İtaliya Seria A-da beşinci pillədə başa vurub və Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. “Fiorentina”nın ləqəbi isə “bənövşəyilər”dir. Komanda ev oyunlarını 47 min 282 nəfərlik tutuma malik olan “Artemio Franki” stadionunda keçirir. Komandanın hazırda baş məşqçisi portuqaliyalı Paulu Souzadır və “Fiorentina” hazırda UEFA klubların reytinq sıralamasında 34-cü pillədə qərarlaşıb. Rəqibin hazırkı heyətində Argentina, Polşa, Sloveniya, Çili, Xorvatiya, İspaniya kimi ölkələri təmsil edən futbolçular çıxış edir.

 

PAOK (Yunanıstan)

PAOK-un əsası 1877-ci ildə, İstanbulda qoyulub. Ancaq klub həmin illərdə futbol yox, idman klubu kimi fəaliyyət göstərirdi. "Ağ-qaralar" türklərlə yunanlar arasında müharibə başladıqdan sonra Salonikə köçməyə məcbur olur. 1926-cı ildə isə futbol klubu kimi fəaliyyət göstərməyə başlayır. Komandanın adı dörd sözün birləşməsindən yaranıb. PAOK - Panthessalonikeios Athlitikos Omilos Konstantinoupoliton (Konstantinapolun Pan-Saloniki İdman Klubu). Klub Yunanıstan nəhənglərindən sayılmasa da, bu ölkənin sayılıb-seçilən komandalarındandı. "Ağ-qaralar" 2 dəfə Yunanıstan çempionu olmaqla yanaşı, 4 dəfə də ölkə kubokuna sahib çıxıblar. Rəqib ötən mövsüm Yunanıstan Superliqasını 4-cü pillədə başa vurub. Komandanın baş məşqçisi serbiyalı Vladimir İviçdir.Rəqibin heyətində yunanıstanlı futbolçular çoxluq təşkil etsə də, Braziliya, İspaniya, Argentina kimi ölkələrdən də legioner futbolçuları var.Komanda ev oyunlarını 28700 yerlik "Tumba" stadionunda keçirir. PAOK-un ev oyunlarında bir qayda olaraq anşlaq olur. PAOK UEFA klubların reytinq sıralamasında 67-ci pillədə qərarlaşıb. PAOK bu mövsüm Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayıb və bu mərhələdə Gürcüstanın "Dinamo" klubunu iki oyunun nəticəsinə görə 5:0 hesabıyla məğlub edərək mübarizədən kənarlaşdırıb.


“Slovan” (Liberets, Çexiya)

“Slovan” klubu 1958-ci ildə yaradılıb və Liberets şəhərini təmsil edir.  Komanda ev oyunlarını 9 min 900 yüz nəfərlik tutuma malik olan “U Nisı” stadionunda keçirir. “Slovan” 3 qat Çexiya çempionudur və iki dəfə də ölkə kubokunun qalibi olub.  Ötən mövsüm isə çempionatın bürünc mükafatçısı olub. Komandaya çexiyalı İndrix Trpisovski rəhbərlik edir. Komandanın heyəti əsasən yerli futbolçulardan ibarətdir, cəmi 5 legioner futbolçusu var (ikisi Slovakiya, ikisi Rusiya və biri isə Nigeriyanı təmsil edir). Liberets təmsilçisi hazırda UEFA klubların reytinq sıralamasında 81-ci pillədə qərarlaşıb. Bu mövsüm Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə başlayıb. Bu mərhələdə Avstriyanın "Admira" , pley-off-da isə Kiprin "AEK Larnaka" komandasını mübarizədən kənarlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail