Rövnəq Abdullayev: "Qrupdan çıxmaq imkanımız mövcuddur"

29.08.2016 | 3613 dəfə oxunub

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında müzakirə olunan məsələlər açıqlanıb. Stadium.Az xəbər verir ki  bu barədə AFFA prezidenti Rövnəq Abdullayev iclasın ardından keçirdiyi brifinqdə açıqlama verib.

O bildirib ki, ilk növbədə, futzal üzrə milli komandanın üzvləri ilə görüş keçirilib: "Onları Kolumbiyada keçiriləcək dünya çempionatına yola saldıq. Futzalda böyük nailiyyətlərimiz var. Düşünürəm ki, mundialda ilk növbədə, qrupdan çıxmaq imkanımız mövcuddur və bu imkanlardan istifadə olunacaq".
Daha sonra çimərlik futbolu üzrə milli komandamızın Avropa çempionatında çıxışı müzakirə olunub, B qrupundan A qrupuna yüksəlməsi çox gözəl nəticə sayılıb.

Qalan məsələlərə gəldikdə, danışılmış oyunlara qarşı birgə bəyannamə qəbul olunub. İlk növbədə, İK üzvləri bu sənədə qol çəkib. Bütün futbol ictimaiyyətinə bu bəyannamayə qol çəkməyə çağırış edilib: "Bir müddət öncə AFFA tərəfindən prezident İlham Əliyevə məktub ünvanlanıb. Məktubda xahiş etmişik ki, Azərbaycanın Cinayət Məcəlləsində də bu məsələ qeyd olunsun, danışılmış oyunlarla məşğul olanlar cinayət məsuliyyətinə cəlb edilsinlər. Bu, bütün dünyada böyük problemdir. Problemdən biz də yan qaça bilmirik. Bununla mübarizəni daha da gücləndirməliyik ki, Azərbaycan futbolu və idmanı bu qara yaradan uzaq olsun".
Eyni zamanda 17 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Rafiq Mirzəyevin istefası qəbul olunub. Əvəzində Vüqar Məmməd onun yerinə müvəqqəti təyin edilib: "Vüqar 7 ilədək yığmada köməkçi-məşqçi kimi çalışıb. Düşündük ki, həmin uşaqlarla işləmək üçün ona şans vermək lazımdır"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail