"Neftçi" o tarixi, o möhtəşəm günü bu gün yazmışdı! VİDEO

30.08.2016 | 4875 dəfə oxunub

“Neftçi”nin bir zamanlar bu ölkədə ən sevilən komanda olduğu dönəmlər çox da uzaqlara getmir. Ölkənin ən köklü klubu Sadıq Sadıqovun prezidentliyi dönəmində daha da çox sevilməyə başladı. İş ondadır ki, ardıcıl olaraq 3 dəfə ölkə çempionluğunu bayram edən bu komanda ölkə kubokunu da qazanmaqla yanaşı, Azərbaycanda tarix yazan həm də ilk klubdur. Təbii ki, söhbət Avropa arenasından gedir.

“Neftçi” o zaman – düz 4 il əvvəl məhz bu gündə ölkəmizi təmsil edən xalqın komandası Avropa Liqasında - pley off oyununda səfərdə, Yunan Kiprinin APOEL klubunu 3:1 hesabıyla məğlub edərək qrup mərhələsinə yüksəlməyi bacarmışdı. Düzdür, son 3 mövsümdə “Qarabağ”, son iki ildə isə “Qəbələ”bu işi öz öhdəsinə götürüb və bacardıqları qədər də ləyaqətlə yerinə yetirməkdədirlər.

Amma bu tarixi ölkə futboluna “flaqman” hesab olunan komanda yazdı. Təbii ki, bunda da klubu idarə edən prezidenti Sadıq Sadıqov, vitse-prezidenti Tahir Süleymanov, İdman Direktoru Güloğlan Cabbarov, baş məşqçisi Böyükağa Hacıyevin, futbolçuların böyük əməyi var idi. Ancaq hər şeydən öncə uğurda ən çox önəm sahibi olanlar idarəçilər idi.

İndi Çingiz Abdullayevli, Elnur Məmmədovlu “Neftçi”, bu klubun saytı, sosial şəbəkədəki kluba aid səhifələri bu uğuru xatrılamaz. Bu adamların idarə etdiyi - “Neftçi” ölkə çempionatında 6-cı yeri arzu-istəklə tutaraq Avropa Liqasına gedən, orda da “sillə-təpiklə” geri göndəriən komanda hara, üçqat ölkə çempionu olan, Avropa Liqasının qrupuna vəsiqə qazanan, “San Siro”da Milan “İnter”iylə 2:2 oynayan “Neftçi” hara... Fərqi gördüz də? Yəqin məsələdir ki, görünən dağa bələdçi lazım olmaz...


Çingiz Abdullayevin, Elnur Məmmədovun gözündən qulağından uzaq, o tarixi gündə ölkədə yaşananları sizə təqdim edirik:



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail