İnyesta: "Həyatımın ən pis gününü "La Masiya"da keçirmişəm"

04.09.2016 | 3966 dəfə oxunub

"Barselona"nın ispaniyalı ulduzu Andres İnyestanın həyatından bəhs edən avtobioqrafik kitab yaxın vaxtlarda satışa çıxacaq. Stadium.Az xəbər verir ki, jurnalistlər Markos Lopez və Ramin Besanın köməyilə ərsəyə gələn kitabda İnyesta bir sıra maraqlı məqamlara toxunub.

"La Masiya"da ən pis günüm". Bəli, absurd görünür. Amma həyatımın ən pis gününü "La Masiya"da keçirmişəm. Sanki içimdə nəsə qopmuşdu, özümü tənha, atılmış hiss edirdim. Çətin vaxtlar olsa da, orda qalmaq istəyirdim. Gələcəyim üçün bunun ən yaxşı seçim olduğunu bilirdim. Ailəmdən ayrı idim. Acı günlər keçirirdim. Dözdüm və möhkəmləndim.

"Stamford Bridge"də vurduğum məşhur qol". Topu Çexin çata bilməyəcəyi nöqtəyə yönəltdim. Buna tale, yaxud nə demək istəyirsiniz, deyin. Topa necə zərbə endirmək barədə düşünmədim. Fikirləşməyə vaxt yox idi. Biraz ləngisəydim, heç nə edə bilməzdim. İnstiktiv reaksiya verdim.

"İnyestanın keçdiyi sınaqlar". Bu, karyeramda ən uğurlu yay mövsümündən sonra baş verdi. Qəfildən səhhətim pisləşdi. Heç kim səbəbini bilmədi. İki gün xəstə oldum. Heç bir irəliləyiş olmadı. Problemin nə olduğu də bilinmirdi. Testlər təmiz çıxırdı, amma bədənim başqa şey deyirdi. Təkcə onu bilirəm ki, özümü çox narahat hiss edirdim. Çox çətin idi.

"Dani Xarkenin ölümü". Xatırlayıram ki, yeni mövsümə hazırlaşdığımız ABŞ-da həkimlərin diskomfortluğun səbəbini tapdığını güman etmişdim. Təəssüf ki, evə qayıdanda ismarıc aldım. Yenicə dirçəlirdim ki, Puyol dedi : "İvana zəng etdim. Mənə dedi ki, Dani (Xarke) dünyasını dəyişib". Dostum Daninin ölümünə inana bilmirdim. Bu xəbər ürəyimi sanki dondurdu. Barselonada keçirdiyim sonrakı günlər dəhşətli idi. Naməlum bir yerə düşməyə başladım".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail