Qurbanov üçün ilk, AZAL-dan təkrar

11.09.2016 | 3568 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – AZAL oyununda qeydə alınan 6:0 hesabı rekordla əlamətdar olub. Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında ən böyük hesablı qələbəsini qazanıb.

2008-ci ildən bu mütəxəssisə güvənən əyalət klubu nəinki son 8, hətta 13 ildə belə qələbə qazanmamışdı. Ağdam klubunun həm tarixində, həm də çempionatdakı sonuncu dəfə 6 və ya daha çox top fərqilə qələbəsi 2003/04 mövsümünə təsadüf etmişdi. 2003-cü il avqustun 8-də Ağdam təmsilçisi “Ədliyyə”ni 7 cavabsız qolla üstələmişdi. “Qarabağ”da 6 top fərqi ilə qələbəsi olmayan Qurbanov üçün bu qələbə baş məşqçilik karyerasının da rekordudur. O, “ağ-göylər”ədək rəhbərlik etdiyi “Neftçi”də də belə fərqlə qələbəyə sevinməmişdi. AZAL isə ölkə çempionatlarındakı antirekordunu təkrarlayıb. AZAL-ın 2005-ci ildən çıxış etdiyi yüksək dəstədə ən ağır məğlubiyyəti 6 top fərqilə olmuşdu. Bakılılar 2011-ci il dekabrın 11-də “Neftçi”yə uduzmuşdu – 1:7. 5 ildən sonra antirekordunu təkrarlayan “təyyarəçilər” Premyer Liqada ikinci dəfə 6 top fərqilə yenilib.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail