"Lakin düşünürəm ki, daha yaxşı oynamaq iqtidarındayam"

13.09.2016 | 2852 dəfə oxunub

“Qəbələ”nin futbolçusu Ruslan Qurbanov klubun saytına açlqlama verib. Stdium.Az xəbər verir ki, millimizin hücumçusu əvvəlcə Premyer Liqanın IV turunda “Neftçi”yə qalib gəldikləri oyun (8:0) haqda fikirlərini bildirib:

“Neftçi” ilə oyunda əsas vəzifəmizin öhdəsindən gəlib, vacib qələbə qazandıq. Bu görüşdə bizə lazım olan 3 xalı əldə etdik. Düzünü deyim ki, hesabın belə olacağını gözləmirdim. 8:0 hesabı ilə qalib gəlməyimiz göstərir ki, düzgün yoldayıq. Hesabın belə olmasını onunla izah edərdim ki, baş məşqçimizin bütün tapşırıqlarını lazımı səviyyədə yerinə yetirdik. Üstəlik meydanda istədiyimiz hər şey alınırdı. Yığmanın düşərgəsindən yeni klubuma qayıtdığımdan Ukraynadakı toplanışda da iştirak edə bilmədim. Hazırlıqlara sonradan qoşulmağıma baxmayaraq, ilk oyunda start heyətində yer aldım. Göstərdiyi etimada görə baş məşqçimizə təşəkkür edirəm. Debüt matçımı dəyərləndirmək istəməzdim. Buna kənardan qiymət verə bilərlər. Lakin düşünürəm ki, daha yaxşı oynamaq iqtidarındayam. Üzərimdə çalışıb, oyundan-oyuna artırmaq, daim inkişaf etmək istəyirəm. 

İlk matçda iki qol vurmağımı isə gözlənilməz adlandırmazdım. Çünki oyuna qol vurmaq üçün çıxıram. Çalışacağam ki, bundan sonrakı matçlarda da qol hesabımı artırım. Əsl hücumçu kimi qollara acam və hər qarşılaşmada fərqlənmək istəyirəm. “Neftçi” ilə görüşdə rəqib qapısına yol tapmaq üçün başqa imkanlarım da oldu, amma yalnız ikisindən yararlandım. Vurduğum qollara görə əməyi olan komanda yoldaşlarıma da təşəkkür edirəm”.

“Qəbələ” sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. Qurbanov Brüsseldə “Anderlext”ə qarşı keçiriləcək səfər matçında da uğur qazanmaq əzmində olduqlarını bildirib: “Artıq “Anderlext”lə UEFA Avropa Liqasının qarşıdakı oyununu düşünürük. Belçika təmsilçisi çox ciddi rəqibdir. Bu komandanı bütün dünyada tanıyırlar. Təbii ki, çətin oyun olacaq. Amma biz də səfərə yaxşı nəticə üçün yollanacağıq. Belçikadan xalla dönməyə, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Bu matça tam fərqli köklənmək lazımdır. Baş məşqçimiz qarşılaşma ilə bağlı lazım olan tapşırıqlarını verəcək. Biz də buna uyğun oynamalıyıq. “Neftçi” üzərində qələbənin qarşıdakı görüşə hər hansı təsirinin olacağını düşünmürəm. Çünki fərqli turnirlərdə, fərqli rəqiblərlə üz-üzə gəlirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail