25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə
AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

Qurban Qurbanov: "Futbolçulara demişəm ki..."

14.09.2016 | 3700 dəfə oxunub

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Slovan”la oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb:

- Avroliqa oyunlarında həddindən artıq diqqətli olmalıyıq. Kiçik turnirdi. Sabah ən doğrusunu etməyə çalışacağıq. 

Rəqibimiz ciddidi. Bu il Avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçiriblər və 4 qələbələri var. Son 3 ildə 2 dəfə qrupda oynayıblar. “Sevilya” kimi komandaya qarşı matçda çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə etməyə çalışacağıq.

 - Sabah meydanda AZAL-la oyundakı ilk “11-liy”i görəcəyik?

- Ola bilər ki, dəyişiklər olsun. Amma elə də ciddi dəyişiklik etməyəcəyik. Bir neçə dəyişiklik olacaq.

- Matçın baş tutacağı stadionun son durumu ilə maraqlanmısız?

- Dünən məşq keçdik. Yaxşıdı, pis deyildi. 

- Stadion problemi komandaya necə təsir edə bilər?

- Bu məqamları böyütmək lazım deyil. Oyuna çox az vaxtımız qalıb. Stadion barədə düşünməyə vaxtımız yoxdu. Əlimizdə hansı şərait varsa, ondan düzgün yararlanmalıyıq.

- Sabahkı oyunda hansı nəticəyə ümid edirsiz?

- Çalışacağıq ki, öz düşüncələrimizi meydanda yerinə yetirək. Ola bilsin, meydanda çox mübarizə olsun. Rəqib belə komandadı, kombinasiyalı oyuna imkan vermir. Bir-iki qol vəziyyətləri olsa belə, ondan istifadə etməyə çalışacaqlar. Biz çalışırıq ki, “Qarabağ” olaraq, əlimizdə imkan varsa, ondan istifadə edək.

- “Slovan”ın heyətində Milan Baroş kimi hücumçu var...

 - Ona xüsusi diqqət ayrılacaq. Baroşun öz oyun üslubu var. Hücumun tamamlanması və davam etdirilməsi rolu böyükdü. Topa yaxşı nəzarət edir. Ondan topu almaq çətindi. Mənim düşüncəmdə hansısa futbolçuya qarşı tək müdafiəçini oynatmaq yoxdu. O, hansı zonada olsa, həmin mövqedə qərarlaşan futbolçumuz Baroşa imkan verməməlidi. 

- Artıq 3-cü dəfə Avroliqanın qrup mərhələsində iştirak edəcəksiz. Əvvəlki həyəcan varmı?

- İdmanda təcrübə artdıqca həyəcan daim çoxalır. Təki həmişə bu səviyyədə qalaq. Həyəcan varsa, deməli, işimizdə məsuliyyətliyik. Avroliqadan əlavə, çempionat görüşlərində də bizdə həyəcan olur. Çünki avrokuboklara vəsiqə çempionatda qazanılır.

- Çempionlar Liqasına gedən yolunuzu məhz Çexiya klubu kəsdi. Bu amil sabahkı görüş öncəsi sizə əlavə stimul verirmi?

 - Fikrimizdə intiqam yoxdu. Çexiyalı futbolçular Avropada ən intizamlılardan sayılır. Bu ölkənin idmançılarında intizam həddindən artıqdı. İdmanda intiqam yoxdu. Düşdüyün vəziyyətdən düzgün şəkildə çıxmalısan. Biz bu gün intiqam barədə düşünsək, rəqib haqda düşünməyə vaxtımız az olacaq. O oyunu uduzduq, keçdi. Bir də “Viktoriya” ilə düşsək, onda onlardan revanş almaq barədə düşünmək olar. 

- Hakimlər briqadası İsveçrədən olacaq. Sizcə, bu hakimlər İsveçrə saatları kimi dəqiq işləyə biləcəklərmi?

- Mən heç kimə cavabdeh deyiləm. Hakimləri ölkələrə bölmək düzgün çıxmaz. Bizim işimiz futbol oynamaq, onların işi oyunu idarə etməkdi. Bir-birimizin işinə qarışmaq olmaz. Biz çalışacağıq ki, fikrimiz ancaq oyunda olsun. 

- Sizə elə gəlmir ki, bəzən rəqibi həddindən artıq ciddiyə alırsız?

- Niyə də ciddiyə almayaq? Hər bir işdə ciddiyyət olmalıdı. Rəqibdən-rəqibə fərq var. Dünən bir toplantımız oldu, fikirlər söylədim. Bu gün də rəqibin oyunlarına baxdım və əlavə fikirlər ortaya çıxdı. Ola bilər ki, çox dərinə getmək bəzən xeyrimizə olmayıb, amma bəzən də xeyrimizə olub.

- Sabiq komandanız “Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətini necə qarşıladız?

- Məni hansısa klub yox, Azərbaycan futbolu narahat edir. Daim istəmişəm ki, komandalarımız həmişə uğurlu nəticələr əldə etsinlər. Həm “Qəbələ”, həm də “Neftçi” bizim rəqibimizdi. Futbolçulara daim demişəm ki, bizim işimiz öz oyunumuza fikir verməkdi. Hər klubun öz idarə heyəti, başbilənləri var. Bizim müdaxilə etməyimiz düz çıxmaz, hörmətsizlik olar. “Qarabağ” olaraq, biz də böyükhesablı məğlubiyyətə uğramışıq. Bəzən belə məğlubiyyətlərin komanda və klub üçün böyük faydası olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"
"Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"
Son xəbərlər

15.12.2019

08:11  Ən bahalı futbolçular - SİYAHI

14.12.2019

13.12.2019

23:08  25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə

23:05  Türkiyə millisi Azərbaycanla qarşılaşacaq? - Şenol Günəşdən açıqlama

12:21  "Qarabağ" - "Düdelanj" FOTOLENT

02:26  Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"

00:27  AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

12.12.2019

21:15  "Qarabağ" - "Düdelanj" -HEYƏTLƏR

16:58  Metronun iş saatında dəyişiklik - "Qarabağ"a görə

11.12.2019

16:31  "Keşlə"də yeni transfer - Rəsmi

15:09  "Stadionun dolu olmasını istərdik" - Qurban Qurbanov

12:30  "Çelsi"nin qələbəsi VİDEO

10.12.2019

15:39  "Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"

12:41  "Qarabağ" - "Düdelanj görüşü - mətbuat konfranslarının vaxtları açıqlandı

09.12.2019

11:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə