Respublika stadionunda son durum FOTOLAR

19.09.2016 | 3672 dəfə oxunub

Bir müddətdir ot örtüyü bərbad vəziyyətə düşən Tofiq Bəhramov adına Respublika Stadionu yenidən qapılarını futbolsevərlərin üzünə açmağa hazırlaşır. 

Sonuncu dəfə avqustun 25-də Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" və İsveçin "Göteborq" komandalarının oyununa ev sahibliyi etmiş mərkəzi arenanın meydanına yeni toxum səpilib. Təxminən bir aydan sonra burada oyun keçirmək mümkün olacaq. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "Report"a açıqlamasında bildirib ki, oktyabrın 20-də Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la Yunanıstan PAOK-u arasındakı III tur matçının mərkəzi arenada keçiriləcək: "Hazırda ot örtüyündə problem yoxdur. Etiraf etmək lazımdır ki, kəskin istilər səbəbindən avqustda problem yarandı. Stadionun kollektivi və "Qarabağ" klubunun rəhbərliyi ilə birgə ot örtüyünün sıradan çıxmaması üçün işlər aparıldı. Vaxtında qabaqlayıcı tədbirlər görüldü və nəticədə vəziyyət müsbətə doğru dəyişməyə başladı. Oktyabrın 20-də "Qarabağ" ev oyununu bu stadionda keçirəcək. Demək olar ki, ot örtüyü oyuna hazırdır".

Nazirlik rəsmisi bildirib ki, Qəbələ şəhər stadionunun ot örtüyünə qulluq edən Fil Şarples hazırda mərkəzi arenada da fəaliyyət göstərir. Üstəlik S.Məmmədova mütəxəssisin işlə bağlı zəmanət verdiyini də söyləyib: "İngilis mütəxəssis F.Şarples ot örütüyünü nəzarətdə saxlayır. Onun bizə verdiyi zəmanatə görə, bundan sonra ot örtüyündə problem yaranmayacaq".
Qeyd edək ki, stadionun ot örtüyü son iki ildə 3-cü dəfə təmir olunur.

 

 

 

 

 

 

 

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail