"Qızıl Top"un qalibinin müəyyənləşməsində şərtlər dəyişdi

20.09.2016 | 2679 dəfə oxunub

İlin ən yaxşı futbolçusuna təqdim olunan “qızıl top” mükafatının şərtlərində dəyişiklər edilib. Stadium.Az xəbər verir ki, bu ildən sözügedən mükafatı yenə “France Football” jurnalı verəcək.

6 ildən sonra özünün təqdim edəcəyi “qızıl top” mükafatının şərtlərində dəyişikliklər edən Fransanın məşhur nəşri əvvəllər olduğu kimi, tək başına müəyyənləşdirdiyi səsverməyə yenilik gətirib:

1. Altı ildi yığma komandaların kapitanlarının, baş məşqçilərinin və jurnalistlərin rəyi əsasında təqdim edilən “qızıl top” mükafatının qalibi əvvəllər olduğu kimi, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərdən ibarət təşkil olunacaq münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

2. Bu dəfə 23 yox, 30 futbolçu arasında seçim aparılacaq.

3. Təqdimetmədən öncə finala qalan 3 futbolçu sistemi ləğv ediləcək.

4. Qalib gələn futbolçunun adı və kimin neçənci yeri tutduğu il başa çatmamış açıqlanacaq.

“France Football” jurnalının 1956-2009-cu illərdə verdiyi “qızıl top” mükafatı ilə FİFA-nın 1991-2009-cu illərdə seçdiyi “dünyada ilin futbolçusu” mükafatı 2010-cu ildə “FİFA Ballon d’Or” adı altında birləşmişdi. Tərəflər arasında imzalanmış 6 illik müqavilə artıq başa çatıb və yenilənməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail