Roman Qriqorçuk Kiyev "Dinamo"sunun baş məşqçisi olur

20.09.2016 | 2626 dəfə oxunub

Kiyevin “Dinamo” klubu hazırkı baş məşqçisi Sergey Rebrovu istefaya göndərəcək. Stadium.Az xəbər verir ki, bu haqda Ukraynanın sportanalytic.com saytı məlumat yayıb.

Bildirilib ki, buna paytaxt təmsilçisinin son vaxtlar ölkə çempionatında uğursuz çıxışı səbəb olub.

İddia edilir ki, “Dinamo”nun sahibi İqor Surkis hazırda komandaya yeni baş məşqçinin gətirilməsi istiqəmətində fəal iş aparır. Sergey Rebrovdan sonra bu vəzifəyə əsas namizədlər kimi isə “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk və bu yaxınlarda Rusiyanın “Krasnodar” komandasından istefa verən Oleq Kononov göstərilir.

Sayt yazıb ki, hazırda heç bir klubda işləmədiyinə görə Kononovu indidən kluba cəlb etmək olar. 

"R.Qriqorçuka gəlincə isə o, “Qəbələ” ilə ən azı Avroliqanın qrup mərhələsinin sonuna qədər çalışmaq fikrindədir” – deyə sayt yazıb.

Rebrov istefaya göndərilməsinin mümkünkülüyünə münasibət bildirib. O jurnalistlərə deyib ki, klubun sahibi baş məşqçini istefaya göndərməkdə sərbəstdir: “Mən isə bir məşqçi olaraq çalışıram ki, hər oyunda komandam uğur qazansın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

29.03.2020

28.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ