Dmitri Bezotosnıya lazım olan 62 və ya 129 dəqiqə

20.09.2016 | 3250 dəfə oxunub

Premyer Liqasının V turu “Qəbələ”nin mövsümdəki ardıcıl 4-cü “quru” oyunu ilə əlamətdar olub. Stadium.Az xəbər verir ki, bir oyunu təxirə salınan “qırmızı-qaralar” arxada qalan turlarda qol buraxmayan yeganə komandadır.

Əyalət klubunun ukraynalı qapıçısı Dmitri Bezotosnının bu uğurlu seriyası isə ötən mövsümün sonunda start götürüb. XXXIV turun mayın 11-də keçirilən “Qarabağ”la görüşündə 2 top buraxan qolkiper AZAL (2:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlayıb. Cari mövsümdə isə “Kəpəz” (2:0), “İnter” (0:0) və “Neftçi”nin (8:0) ardından AZAL-la oyunu (3:0) da qol buraxmadan tərk edən Bezotosnı ardıcıl 6-cı dəfə qapısını “quru” saxlayıb. Onun qapısında gördüyü sonuncu qolu vuran Dani Kintananın 32-ci dəqiqədə fərqləndiyini nəzərə alsaq, qapıçı artıq 598 dəqiqədir qol buraxmır.

Dünyanın ən uzun “quru” seriyalarının siyahısına ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar düşdüyündən Dmitrini bu göstəricidən 62 dəqiqə ayırır. “Sumqayıt”la sentyabrın 22-dəki matçın ilk 62 dəqiqəsində qol buraxmasa, ukraynalı 2-ci dəfə həmin siyahıya düşəcək. Belə ki, qolkiper ötən ilin payızında 727 dəqiqəlik seriyayla şəxsi rekordunu müəyyənıəşdirmişdi. Onu şəxsi göstəricisindən 129 dəqiqə ayırır.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail