Şahin Diniyev: "Bundan həzz alıram"

25.09.2016 | 2205 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turunun oyununda “Kəpəz” doğma meydanda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev  jurnalistlərin suallarını cavablandırıb:

- Özünüz gördüz. Kənardan daha yaxşı görünür. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. “Qarabağ” da oynamağımıza imkan verdi. Bizim istəyimiz rəqibin mərkəzini zərərsizləşdirmək idi. Bunu hardasa bacardıq. Ancaq Şəhriyar Əliyevin zədələnib çıxması işimizi çətinə saldı. “Qarabağ” top klubdur. Onlarla hücum futbolu oynamaq dəlisovluqdur. Biz isə nəticə qazanmaq üçün hücum futbolu oynadıq. “Qarabağ”a “Fiorentina” qarşısında uğurlar arzulayırıq.

- Niyə sona kimi gücünüz çatmadı?

- “Qarabağ”ın sonradan meydana daxil olan futbolçuları tempi daha da artırdılar. Başqa rəqib olsa bunu bacarardıq, ancaq bu komandayla çətindir.

- “Kəpəz” “Qarabağ”dan xal alan komandadır. Amma komandanın normal şəraiti belə yoxdur...

- Mən bundan həzz alıram.

- “Qarabağ” kimi bir komandanın qarşısını almaq üçün bu şərait “ot örtüyü” yaxşı idi...

- Biz də texnikalı futbolu sevirik. Stadionun durumun bərbad hesab etmirəm. Süni örtüklü meydançalardan daha yaxşıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ