AFFA "İnter"ə rəsmən transfer qadağası qoydu

27.09.2016 | 3210 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

FİFA 06.09.2016-cı il AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” PİK klubu haqqında 26.05.2016 - cı il tarixində qərar qəbul etdiyini bildirib. Belə ki, “İnter” PİK klubu ilə həmin klubda çıxış etmiş futbolçu Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulması  göstərilib. 
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edilir:

1. Azərbaycan Premyer Liqasında çıxış edən "İnter" PİK-in növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulsun.

Topaz Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunur (maddə 50).

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur(maddə 62).

Topaz Premyer Liqasının VI turunun AZAL – “İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə AZAL klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcəkdir.

Əvəzedici heyətlərin VI turunun “Zirə” – “Qəbələ”  matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin VI turunun “Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin VI turunun AZAL – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

Oyunun 83-cü dəqiqəsində AZAL klubunun futbolçusu Məmmədov Şirməhəmməd rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 800 manat cərimə olunur (maddə 42.1).

I Divizionun III turunun “Mil-Muğan” – “Şərurspor” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 54-cü dəqiqəsində “Mil-Muğan” klubunun 20 №-li futbolçusu Emil Həsənzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

I Divizionun III turunun “Şəmkir” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

I Divizionun III turunun “Bakılı” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). 

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail