"Ona dekabra kimi vaxt vermişik ki, özünü göstərsin"

27.09.2016 | 3696 dəfə oxunub

"Oyundan razı qalsam da, nəticədən razı qalmadım. Biz düzgün yoldayıq. Əvvəlki oyunlara nəzərən inkişaf görünür. Ancaq komandada görülməli çox iş var. Rəqibi təbrik edirəm".

Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Elxan Abdullayev "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssisin fikrincə, uğurlu nəticələrin qazanılması üçün səbr etmək lazımdır:

"Hələ bilmirəm nə qədər səbr lazımdır".

Abdullayev komandadakı çatışmazlıqlara da toxunub: 

"İstəməzdim ki, kimisə tənqid edim. Yerli və legionerlər arasında fərq qoymaq niyyətində deyiləm. Çünki oynayan bütöv komandadır. Komandada ustalıq, təcrübə yoxdur. Hər bir futbolçunun öz problemi var. Biri fiziki, taktiki cəhətdən zəifdir. Öz oyunumuzu yavaş-yavaş tapırıq". 
 
Baş məşqçi hesabı "Neftçi"nin açmasına baxmayaraq, qələbəni əldən vermələrini belə izah edib:

"Burada bir neçə səbəb var. Qol vurandan sonra müdafiədə kobud səhv buraxdıq. Son 20 dəqiqədə komanda yaxşı oynadı. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Əvvəlcədən son 20 dəqiqədəki kimi oynayasaydıq, hesab başqa cür olardı".
 
Komandaya cəlb olunmuş yeni məşqçi Aleksandr Deriberin və futbolçu Tərzin Cahangirov barədə danışan Abdullayev deyib:

"Yeni məşqçi Pro kateqoriyasına malik olan mütəxəssisdir. Onunla komandanın zəif nöqtələri barədə söhbət etmişik. Ancaq hazırda dəqiq heç nə yoxdur. Cahangirova gəldikdə, ona dekabra kimi vaxt vermişik ki, özünü göstərsin. Premyer Liqa klublarında təcrübəsi olan futbolçudur. İnanırıq ki, bizə xeyri dəyəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail