Avropa çempionu olmuş millimizin üzvü İŞİD-in tərkibində İraqda öldürülüb

29.09.2016 | 7207 dəfə oxunub

Dağıstanlı güləşçisi, Azərbaycan yığmasının  üzvü olmuş Çamsulvara Çamsulvarayev barədə sensasiyalı iddia irəli sürülüb. Stadium.Az xəbər verir ki, o, İraqda öldürülüb. 32 yaşlı Çamsulvara Çamsulvarayevin İŞİD sıralarında döyüşdüyü bildirilib.

Bildirilib ki, İraqa getdikdən sonra özünə “Al Bara” adını götürən sabiq güləşçi Mosul şəhərində öldürülüb. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Çamsulvara Çamsulvarayev Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.

***

İŞİD-ə yaxın olan media qurumlarının yaydığı məlumata görə, Çamsulvarayev və onunla birgə döyüşən Məhəmməd Əhmədov sentyabrın 22-də Mosul yaxınlığında pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülüblər. Onlarla birgə Karaçay-Çərkəzdən olan Abdullah Cay, Abdulhəmid Şişani də həlak olublar.
 
Məlumata görə, əslən Dağıstanını Sumadi rayonundan olan Məhəmməd Əhmədovun evində onun yas mərasimi keçirilib. 3 gün davam edən mərasimə polis müdaxilə etməyib.

Onu da qeyd edək ki, Rusiya mətbuatının iddiasına görə, Çamsulvarayev Dağıstan və Şimali Qafqazdan olan yeniyetmə qızları terror təşkilatına cəlb etmək və onlardan kamikadze hazırlamaqla məşğul olurmuş.

***
Azərbaycan Güləş Federasiyası İraqda İŞİD-in tərkibində öldürülən güləşçimizlə bağlı açıqlama verib. Federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar. Onun sözlərinə görə, kariyerasını bitirdikdən sonra güləşçinin federasiya ilə əlaqələri kəsilib və o, ölkəsinə - Dağıstana qayıdıb: "Onun İraqda olduğunu, İŞİD-ə qoşulduğunu bilmirdik".  
 
Federasiya rəsmisi deyib ki, güləşçimizin ölümü barədə onlarda heç bir məlumat yoxdur.

Image result for Çamsulvara Çamsulvarayev

Image result for Çamsulvara Çamsulvarayev




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail