"Xəzər Lənkəran" Vobayı itirdi

08.11.2011 | 7179 dəfə oxunub

“Xəzər Lənkəran”ın futbolçusu Julius Vobay bir müddət komandasına kömək edə bilməyəcək. Stadium.az xəbər verir ki, afrikalı sağ cinah yarımmüdafiəçisinin Premyer Liqanın son turunda “Neftçi” ilə matçda (0:5) aldığı zədə ciddidir. 

Rəqiblə mübarizə zamanı pəncəsi deşilən Julius meydanı tərk etməli olub və onun ayağından axan qanı dayandırmaq üçün həkimlər ilkin tibbi-yardım edib. Ayağını yerə basa bilməyən Vobaya təcili-tibbi yardım maşınına aparmaq üçün kömək göstərilib və matçın keçirildiyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundan dərhal xəstəxanaya göndərilib. 

Orada yardım göstərilən futbolçunun yaxın müddətdə yaşıl meydana qayıdışı gözlənilmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail