Azərbaycan çempionatının ən bahalı futbolçusu kimdir?

05.10.2016 | 4149 dəfə oxunub

Azərbaycan Premyer Liqasında çıxış edən bəzi futbolçuların transfer qiymətində artım olub.

Stadium.Az xəbər verir ki, "Transfermarkt" ölkə çempionatının ən bahalı futbolçusu kimi "Qarabağ"da çıxış edən Riçard Almeydanı göstərib.

Braziliyalı yarımmüdafiəçinin transfer qiyməti 1.5 milyon avro olaraq qiymətləndirilib. Onun komanda yoldaşı braziliyalı Reynaldo 1.2 milyon avro ilə ikinci, ispaniyalı Dani Kintana isə 1 milyon avro ilə üçüncüdür. Almeydanın qiymətində 300 min avro, digər iki futbolçunun transfer qiymətində isə 200 min avro artım olub. "Qarabağ"ın digər üzvü Miçelin transfer qiyməti isə 100 min avro düşüb və 900 min avro olub. Müdafiəçilər Bədavi Hüseynov və Maksim Medvedevin də transfer qiymətində artım müşahidə olunub. Qiyməti 250 min avro artan Hüseynov 700 min avro, 150 min avro artan Medvedev isə 500 min avro dəyərində qiymətləndirilib. Əfran İsmayılovun qiyməti 50 min avro artırılaraq 350 min avro göstərilib.

"Qəbələ"nin yay transfer pəncərəsində heyətinə qatdığı Teo Uiksin transfer qiyməti 150 min avro artaraq 750 min avroya çatıb. Voislav Stankoviçə 700 min avro (100 min avro artım), Nika Kvekveskiriyə isə 650 min avro (250 min avro artım) qiymət qoyulub. Həmçinin Baqali Dabonun da qiymətində artım nəzərə çarpır. Hücumçunun transfer qiyməti 150 min avro artaraq 450 min avro civarında dəyərləndirilib. Dəyəri düşən futbolçular sırasına 900 min avro ilə Vitali Vernidub, 650 min avro ilə Dmitri Bezotosnı və 450 min avro ilə Rikardinyo daxildir.

Məşhur sayt "Neftçi"nin futbolçusu Araz Abdullayevin də dəyərinin artdığını bildirib. Qiyməti 100 min avro artan Abdullayevin transfer xərci 500 min avrodur. Paytaxt klubunun makedoniyalı üzvü Vançe Şikovun qiyməti 200 min avro azalaraq 550 min avro olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail