Azərbaycanlı futbolçu məşqçisini döyüb

06.10.2016 | 3628 dəfə oxunub

Azərbaycan əsilli ukraynalı futbolçu Aleksandr Əliyev "Taraz" klubundan qovulub. Stadium.Az xəbər verir ki, "Life" agentliyi 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə xitam verilməsində əsas səbəb kimi onun baş məşqçi Yuri Maksimovla konflikt yaşamasını göstərib.

İnsident bütün komandanın gözləri önündə, hava limanında olub. Maksimov gecikən Əliyevə iradını bildirəndən sonra futbolçu yumruqlarını işə salıb. Məşqçi ilə Aleksandr arasında münasibətlərin gərginləşməsi təsadüfi deyil. Maksimov iyulda özü sözügedən futbolçunu "Taraz"a dəvət etmişdi ki, özünü sübut etsin. Amma təcrübəli havbek nə onun, nə də rəhbərliyin ümidlərini doğrulda bilməyib. Pis vərdişləri və aqressivliyi ilə seçilən Əliyev Qazaxıstan klubunda keçirdiyi 13 oyunda cəmi 1 qol vurub. İlk "altılığ"a düşə bilməyən "Taraz" yüksək dəstəni tərk etməyə yaxındır. Komanda turnir cədvəlində axırdan ikinci yerdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail