Rüfət Musayev: “Sağalıb yenidən futbola qayıdacağıma inanıram"

07.10.2016 | 3034 dəfə oxunub

Bu ilin fevral ayında AZAL-ın futbolçusu Rüfət Musayevdə xərçəng xəstəliyinin aşkarlanması barədə mətbuatda məlumat getmişdi. Xəstəlik Rüfəti futboldan məcburən  uzaq salmışdı. Üstündən 7 ay vaxt keçib. Bu müddətdə 1 dəfə cərrahiyə əməliyyatına məruz qalan 8 kurs kimyəvi müalicə alan Rüfətlə əlaqə saxlayıb vəziyyətini öyrəndik. Rüfət özünü yaxşı hiss etdiyini bildirdi: “Bir neçə gün əvvəl analizləri Moskvaya göndərmişik. Oktyabrın 20-ə kimi nəticələri bilinməlidi. Ümid edirəm ki, xoş xəbər alacam. Əməliyyatın yeri demək olar ki, tam sağalıb. Aldığım müalicədən sonra səhhətimdə irəliləyiş var. Bir ara xərçəng ağciyərimə metastaz vermişdi. Aldığım kimya terapiyalarının köməyi oldu. İndi demək olar ki, heç yoxdur. Özümü gümrah hiss edirəm".

Rüfətdən əməliyyat müalicə xərcləri, o cümlədən, komandasının ona göstərdiyi dəstəklə maraqlandıq. Məlum oldu ki, 7 ay ərzində nəinki AZAL, həmçinin, Premyer Liqa 1-ci dəstə klubları, ayrı-ayrı futbolçular Rufətə həm maddi yardım göstəriblər, həm mənəvi dayaq durublar: “AZAL rəhbərliyinə baş məşqçi Tərlan Əhmədova minnətdarlığımı bildirirəm. Müalicəmin böyük hissəsini Moskvada aldım. Orada qiymətlər bir qədər bahadı. Həm yol xərclərini qarşılamaq lazım idi. Onların maddi yardımı ilə  lazımi müalicə götürə bildim. AZAL-dan başqa  digər klublarımız, ayrı-ayrı futbolçular da mənə maddi yardım göstərdilər. Kimisə yaddan çıxaracağımdan ehtiyatlanaraq ad çəkmirəm. Sonra yaxşı alınmaz. Hamısına minnətdaram".

Rüfətin sözlərinə görə, indiyə kimi müalicəsinə 40 min manatdan çox xərc çıxıb. Bunun 11 minini atası banklardan ayrı-ayrı şəxslərdən borc götürüb: “Pulun önəmli olmadığın deyə bilmərəm. Son analizlərimi burada vermişəm yoxlanması üçün Moskvaya göndərmişik. Amma oradakı həkim düzgün cavab almaq üçün mütləq Moskvaya getməli təkrar analiz verməli olduğumu bildirir. Bu isə əlavə vəsait tələb edir. Hər halda ruhdan düşmürəm. Bacardığımızı edəcəyik. Sağalıb yenidən futbola qayıdacağıma inanıram".

Yeri gəlmişkən, həkimlər Rüfətə yenidən futbol onaması üçün heç bir problemin olmadığını söyləyiblər. Əsas odur ki, müalicə uğurla başa çatsın. Ümid edik ki, bu baş verəcək tezliklə Rüfəti yaşıl meydanlarda görəcəyik. 

AZƏR

«Het-trik news» qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail