Abdulbari Gözəl: "Barselona" da uduzur, “Qarabağ” da”

07.10.2016 | 7902 dəfə oxunub

“Qarabağ”ın sahibi Abdulbari Gözəl klubun son durumu ilə bağlı açıqlama verib. Stadium.Az xəbər verir ki, Abdulbari bəy jurnalistlərə açıqlamasında komandasının son turlar zəif çıxışına toxunaraq deyib ki, “Qarabağ”ın bir neçə turda xal itirməsinə normal yanaşmaq lazımdır.

“Hərdən futbolçuların əhval-ruhiyyəsi dəyişir. Ya havaya girirlər, ya özlərindən razılıq əmələ gəlir”. 

O bildirib ki, klub olaraq, baş məşqçi Qurban Qurbanovun işinə qarışmırlar: “Qurbanla biz dövlət içində dövlət kimiyik. O, “Qarabağ”da muxtar respublika kimidi, nə istəyirsə, edir. Komanda hərdən geriləyə, hərdən irəliləyə bilər. Buna normal yanaşmaq lazımdır. Bu yaxınlarda “Barselona”nın oyununa baxdım, uduzdular. Ondan sonra bir az təskinlik tapdım ki, o qədər büdcəsi olan klub da uduzur, “Qarabağ” da”.

A.Gözəl “Qarabağ”ın büdcəsini azaltmadıqlarını da deyib. “Qarabağ” bizim qürur mənbəyimizdir. Ən son qəpiyimizi qazanana qədər komandanı dəstəkləyəcəyik. “Qarabağ” komandası Qarabağın varlığının sübutudur. Komandaya dəstək olmaq bizim borcumuzdur”.

A.Gözəl “Qəbələ” klubunun çıxışlarına da toxunub: “Bu komandanın güclü olması həm onların özü, həm də “Qarabağ” üçün yaxşıdır. Çünki yaxşı rəqabət yaranır. Bu yaxınlarda Qurban Qurbanovdan soruşdum ki, "Qarabağ" niyə geri gedir. Dedi ki, yerli futbol klubları çox zəifdi, inkişaf edə bilmirik. Güclü klub tapa bilmirik ki, onlarla oynayaq. Amma getdi "Qəbələ"ylə oynadı və iki qol buraxdı. Dedim sonra demə ki, güclü klub yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail