Rövnəq Abdullayev cüdoçuları mükafatlandırdı - FOTO

07.10.2016 | 3247 dəfə oxunub

Bu gün Azərbaycan Cüdo Federasiyasında olimpiya oyunları, paralpiyada və Avropa çempionatlarında uğur qazanan böyüklər, gənclər və yeniyetmələrdən ibarət milli komandalarımızın üzvlərinin mükafatlandırma mərasimi keçirilib.

Stadium.Az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, icraiyyə komitəsinin üzvləri, idmançılar və məşqçilər, cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

ACF prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin ölkəmizdə hər zaman olimpiya hərəkatı və idmanın inkişafına diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb. Rövnəq Abdullayev beynəlxalq yarışlarda qazanılan uğurlarda cüdoçularımızın da payının olduğunu qeyd edib. Bu nailiyyətlərin gələcək çempionatlarda Avropa , dünya birinciliklərində və Tokiyo olimpiadasında davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.

Sonra Azərbaycan Cüdo Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Elnur Əşrəfoğlu son bir ildə əldə olunan nailiyyətlər və görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu müddət ərzində cüdoçularımız iştirak etdikləri 41 beynəlxalq səviyyəli yarışdan 150 medal qazanıblar. Bunlardan 50-si qızıl, 29-u gümüş və 71-i bürünc medaldır. Milli komandamızın cüdoçuları Braziliya, Rusiya, İspaniya, Finlandiya, Argentina, Kuba, Yaponiya, Koreya, Çin Xalq Respublikası, Monqolustan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya və digər ölkələrdə keçirilən ən mötəbər yarışlarda parlaq qələbər qazandıqları vurğulandı.

Ötən bu müddət ərzində respublika, regional və şəhər miqyaslı çempionat və birinciliklər də yüksək təşkilatçılıq səviyyəsi, iştirakçıların rekord sayı ilə yaddaqalan olub.

2016-cı ilin may ayında Bakıda keçirilən ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri ən yüksək səviyyədə təşkil olunub. Bu fakt Beynəlxal Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda da öz əksini tapıb.

Görüşdə Beynəlxalq Cüdo Federasiyasının Braziliyanın Rio de Janeyro şəhərində keçirdiyi konqresdə 2018-ci il dünya çempionatının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul etdiyini və bu barədə müvafiq sazişin yaxın zamanda imzalanma mərasimi baş tutacağı faktı da xüsusi qeyd olunub. Əlbətdəki, belə bir mötəbər yarışın ölkəmizə həvalə olunması Azərbaycan Cüdo Federasiyasının yüksək təşkilatçılığının və idmançılarımızın son vaxtlar əldə etdikləri zəfərlərin göstəricisidir.

Daha sonra Rövnəq Abdullayev beynəlxalq yarışlarda medallar qazanan idmançılarımız, onların şəxsi məşqçiləri və milli komandanın məşqçisi və texniki heyətinin üzvlərinə pul mükafatları, qiymətli hədiyyələri təqdim edib. Rio olmpiya oyunlarının mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov cüdo kimanosunu Rövnəq Abdullayevə təqdim ediblər. Sonda Azərbaycan Cüdo Federsiyasının prezidenti idmaçılamıza gələcək yarışlarda uğurlar arzulayıb və onlarla xatirə şəkili çəkdirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail