Rəşad Sadıqov: "Bizi kimsə qınaya bilər ki..."

07.10.2016 | 4064 dəfə oxunub

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Norveçlə keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Stadium.Az xəbər verir ki, Rəşad bu günkü mətbuat konfransında oyunla bağlı belə danışıb:

"Azarkeşlərin və futbol ictimaiyyətinin gözləntilərini bilirik. Rəqibin oyun üslubu dəyişib. İndi hücumda daha sürətli oynayırlar. Müdafiəçilərin üstünə yük düşəcək. Diqqətli olmalıyıq. Nəticənin uğurlu olması üçün əlimizdən gələni edəcəyik.

Düşünmürəm ki, komanda bizi ciddiyə almır. Çünki Bakıda qələbə qazansalar da, yaxşı oyun göstərmişdik. Güclü rəqibdi, asan olmayacaq. Bizi kimsə qınaya bilər ki, rəqiblərə güclü deyirsiniz. Amma milli səviyyəsində zəif rəqib olmur. Məğlubiyyət haqda düşünmürük. Həmin jurnalistlərin burda olması isə bizim üçün önəmli deyil. O jurnalistlər özlərinə qarşı hörmətsizlik ediblər. Çünki bura gəliblərsə, yazmaq işləridi. Sizin burda olmağınız bizim üçün yetərlidi.

Təcrübəli futbolçu zədəsinin ciddi olmadığını əlavə edib: “Fiorentina” ilə matçın sonlarında zədələnmişdim. Həmin vaxt meydandan çıxmaq düzgün deyildi. Zədəm ciddi deyildi. Sabahkı oyuna da hazır olub-olmadığımı baş məşqçi deyəcək”.

Rəşad Sadıqov millinin qrup mərhələsindəki şansları barədə də danışıb: “Bəlkə də, qrupdan çıxmağı mənim qədər istəyən yoxdu. Çünki son seçmə mərhələmdi. Bəlkə də, sabah ən önəmli matça çıxacağıq. Bunu deyib stressə salmaq isətmirəm. Rəqibin gücünü dərk edirik. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Mənim üçün karyeramın sonunda bundan gözəl hədiyyə ola bilməz”.

Kapitan sonda “matçın gedişində hücuma keçə bilərsinizmi?” sualına bu cür cavab veerib: “Qarabağ”la millinin rəqibləri fərqli olur. Rəqibin imkan verdiyi qədər hücuma keçə bilirəm. Millidə də hücumlara keçdiyim vaxtlar olur. Amma qol vurmaq mümkün olmur. Təbii ki, oyunun gedişinə görə hücuma keçə bilərəm. Niyə də yox?”

 Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail